Mehdi Rəhimov vəfat edib
06 Aprel 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
846
23.03.2020, 22:12
Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilir. Belə olan halda Bakı metrosu necə fəaliyyət göstərəcək. Bakı metrosu fəaliyyətini dayandıracaqmı? Bütün bunlarla bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmədovla əlaqə saxladıq.
Oxu24.com- a açıqlama verən B. Məmmədov deyib ki, Bakı metroları adi rejimdə fəaliyyətini davam etdirəcək. “Sadəcə olaraq insanların koronavirus pandemiyası ilə əlaqədar olaraq sərnişinlərin metrodan daha az istifadə etməsinə görə bu addım atılıb. Yəni metro ilə paralel sərnişinlərin daha çox yerüstü ictimai nəqliyyat vasitəsindən istifadə etməsi məsələhət görülür. Bu addım metroda sərnişin sıxlığının qarşısını almağa xidmət edir”,- B.Məmmədov deyib.
Qeyd edək ki, bu məqsədlə Bakı Nəqliyyat Agentliyinin M1 və M2 ekspress marşrut xətlərindəki avtobuslar 06:00-22:00 arası fəaliyyət göstərəcək. Ekspress xətlər üzrə avtobusların yalnız metro stansiyaların çıxışlarındakı dayanacaq məntəqələrində duracaq.
Həmçinin oxuyun
M1 - xətti: H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – Azadlıq pr. m/st. – 3-cü mkr. dairəsi (M.Əcəmi m/st.) – 20 Yanvar m/st. (ümumilikdə 11 m/st.)
M2 – xətti: H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – 28 May m/st. – Sahil m/st. – İçərişəhər m/st. – Nizami m/st. – Elmlər Ak. m/st. – İnşaatçılar m/st. - 20 Yanvar m/st. (ümumilikdə 15 m/st.)
Ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin istismarında olan 30 ədəd (M1- 13 ədəd; M2 – 17 ədəd) böyüktutumlu (12 m) avtobuslarla həyata keçiriləcək. Zərurət yaranacağı halda böyüktutumlu (18 m) avtobusların istismarı nəzərdə tutulub. Hər iki xətt üzrə gediş haqqı 0.30 qəpik müəyyən edilib və ödəniş nağdsız formada “BakıKart”-la olacaq.
01:27 / 01 May 2026
22
23:57 / 30 Aprel 2026
54
23:43 / 30 Aprel 2026
61
23:23 / 30 Aprel 2026
140
23:11 / 30 Aprel 2026
120
22:49 / 30 Aprel 2026
70
22:39 / 30 Aprel 2026
76
22:19 / 30 Aprel 2026
86
22:03 / 30 Aprel 2026
110
21:50 / 30 Aprel 2026
75
21:40 / 30 Aprel 2026
99
21:30 / 30 Aprel 2026
70
21:16 / 30 Aprel 2026
247
20:53 / 30 Aprel 2026
81
20:48 / 30 Aprel 2026
84
20:47 / 30 Aprel 2026
230
20:36 / 30 Aprel 2026
79
20:24 / 30 Aprel 2026
244
20:08 / 30 Aprel 2026
79
20:02 / 30 Aprel 2026
244
19:51 / 30 Aprel 2026
85
19:40 / 30 Aprel 2026
263
19:30 / 30 Aprel 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.