Mehdi Rəhimov vəfat edib
06 Aprel 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
5134
22.03.2020, 15:27
Prezident İlham Əliyevin ölkədə koronavirusla mübarizəyə dəstək üçün yaratdığı xüsusi Fonda biznes subyektləri, sahibklarlar tərəfindən ianələrin köçürülməsi kampaniyası sürətlə genişlənir. Virtualaz.org xəbər verir ki, Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov da prezidentin çağırışına qoşularaq bu kampaniyaya dəstək verib, iş adamının sahibi olduğu “AzNar” QSC həmin fonda 1 milyon manat vəsait köçürüb.
Fərhad Əhmədovun bununla bağlı yaydığı bəyanatda deyilir:
“Azərbaycan da bütün dünya ölkələri kimi COVİD-19 koronavirus pandemiyası ilə bağlı yaranmış mürəkkəb vəziyyətlə üzləşib. Ölkə rəhbərliyi qətiyyət və uzaqgörənlik nümayiş etdirərək ölkənin həyat əhəmiyyətli maraqlarının müdafiəsi və onun vətəndaşlarının qorunmasına yönəlmiş preventiv xarakterli kompleks tədbirlər həyata keçirir. Bu gün bütün xalqın səylərinin təhlükəli xəstəliyin yayılmasına qarşı mübarizəyə cəmləşdirilməsi heç vaxt olmadığı kimi zəruridir. O cümlədən bu gün biznesin də sosial məsuliyyət nümayiş etdirməsi heç vaxt olmadığı kimi zəruridir. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin çağırışını dəstəkləyərk T. Əhmədov adına “AzNar” QSC-nin Direktorlar Şurası koronavirusla mübarizəyə dəstək Fonduna 1 milyon manat vəsaitin köçürülməsini qərara alır”.
Həmçinin oxuyun
Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Biznesmen Fərhad Əhmədov bundan əvvəl də Azərbaycanda geniş xeyriyyəçilik fəaliyyəti həyata keçirib, o cümlədən manatın iki dəfə devalvasiyaya məruz qalması ilə bağlı yaranan iqtisadi böhran zamanı “AzNar” QSC-nin işçilərinin bütün kredit borclarını ödəmişdi.
20:53 / 30 Aprel 2026
1
20:48 / 30 Aprel 2026
29
20:47 / 30 Aprel 2026
89
20:36 / 30 Aprel 2026
32
20:24 / 30 Aprel 2026
150
20:08 / 30 Aprel 2026
41
20:02 / 30 Aprel 2026
165
19:51 / 30 Aprel 2026
43
19:40 / 30 Aprel 2026
202
19:30 / 30 Aprel 2026
68
19:05 / 30 Aprel 2026
68
18:49 / 30 Aprel 2026
52
18:33 / 30 Aprel 2026
204
18:21 / 30 Aprel 2026
177
17:59 / 30 Aprel 2026
80
17:20 / 30 Aprel 2026
78
17:00 / 30 Aprel 2026
75
16:54 / 30 Aprel 2026
448
16:29 / 30 Aprel 2026
77
16:24 / 30 Aprel 2026
87
16:18 / 30 Aprel 2026
85
16:16 / 30 Aprel 2026
71
16:10 / 30 Aprel 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.