İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
880
21.03.2020, 20:48
Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərmanı imzalayıb.
OXU24.COM xəbər verir ki, fərmanla “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” təsdiq edilib.
İqtisadiyyat Nazirliyi on beş gün müddətində “Dövlət satınalmaları haqqında” qanununa uyğun olaraq, bu Fərmanla təsdiq edilən Qaydanın 2.0.7-ci yarımbəndində nəzərdə tutulan operatoru seçməlidir.
Nazirlik bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.1.4-cü yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları) Maliyyə Nazirliyi və Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən etməlidir.
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin Azərbaycanda tətbiqi ilə bağlı maarifləndirmə (təbliğat) işi aparılmasını təmin etməlidir.
Bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Maliyyə Nazirliyi istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin, bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq, İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etməlidir.
Bu Fərmanla təsdiq edilmiş Qaydanın 5.9-cu bəndində nəzərdə tutulan rəyin formasını İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməlidir.
Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırılıb ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı İqtisadiyyat Nazirliyinə və digər səlahiyyətli dövlət qurumlarına kömək göstərilməsini təmin etsinlər
22:34 / 26 Oktyabr 2026
78
22:30 / 26 Oktyabr 2026
31
22:11 / 26 Oktyabr 2026
23
22:11 / 26 Oktyabr 2026
34
22:04 / 26 Oktyabr 2026
66
22:02 / 26 Oktyabr 2026
60
21:58 / 26 Oktyabr 2026
57
21:53 / 26 Oktyabr 2026
81
21:44 / 26 Oktyabr 2026
62
21:32 / 26 Oktyabr 2026
64
21:30 / 26 Oktyabr 2026
66
21:05 / 26 Oktyabr 2026
889
21:02 / 26 Oktyabr 2026
77
20:56 / 26 Oktyabr 2026
84
20:30 / 26 Oktyabr 2026
89
20:26 / 26 Oktyabr 2026
83
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
99
19:57 / 26 Oktyabr 2026
72
19:43 / 26 Oktyabr 2026
1
19:43 / 26 Oktyabr 2026
94
19:17 / 26 Oktyabr 2026
78
19:00 / 26 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.