İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1113
17.03.2020, 16:32
“COVİD-19” infeksiyasına qarşı görülən ehtiyat tədbirləri çərçivəsində ölkədə hər şeyi fəaliyyətsiz duruma gətirməyin tərəfdarı deyilik”.
Oxu24.com -un xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, görülən bütün tədbirlər xalqın xeyrinə aparılmalıdır: “İnsanlar var ki, bir gün işləməsə, evinə çörək apara bilməz. Əgər iş yerlərinin hamısını bağlasaq, bu insanlar necə dolanacaqlar? Dünən həmkarım Fazil Mustafa Bakıya giriş-çıxışın bağlanmasını təklif edib. Amma bu yolverilməzdir. Bölgələrdən Bakıya çoxlu məhsullar daxil olur”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə koronavirusla bağlı görülən tədbirlər çərçivəsində strukturlar arasında uyğunsuzluğun yarandığını deyib: “Müqavilələrdə fors-major hallarla bağlı xüsusi maddə var. Amma fors-major hallara epidemiyanın yayılması daxil deyil. Belə halda müqavilə öhdəliklərinə yeni anlayışların daxil edilməsi lazım olacaq. Çünki bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir. Digər ölkələrdə hökumət sahibkarlara hansısa güzəşt edir. Bununla bağlı Azərbaycan da daxildə müəyyən müzakirələr aparır”.
Deputat Rüfət Quliyev isə “COVİD-19” infeksiyasının iqtisadiyyatda yaratdığı problemlərə toxunaraq bildirib ki, koronavirusla əlaqədar inkişaf etmiş dövlətlərdə müəyyən iqtisadi planlar hazırlanır: “Təşvişə, panikaya düşməyə ehtiyac yoxdur. Dövlətimizin kifayət qədər iqtisadi qüdrəti var. Təbiidir ki, iqtisadiyyatda hiss olunacaq. Artıq dövlət strukturlarında və hökumətdə bu məsələyə ciddi baxılır ki, hansı formada iqtisadiyyata o cümlədən sahibkarlara, insanlara kömək etmək mümkündür. Bütün bunlar plan şəklində tutulacaq və həyata keçiriləcək”.
Deputat Cavid Osmanov isə hesab edir ki, “COVİD-19” infeksiyasına qarşı hər birimiz birgə mübarizə aparsaq bu virusun yaratdığı fəsadlarda az olar: “Azərbaycan dövlətinin qabaqlayıcı tədbirlər görməsi nəticəsində bu gün Azərbaycanda heç bir ərzaq qıtlığı yoxdur. İnsanlar hər biri sərbəst, istədiyi vaxtda gedib ala bilirlər. Amma eyni zamanda hər bir Azərbaycan vətəndaşı ilk növbədə özü özünü qorumalıdır. Nazirlər Kabinetinin xüsusi qərargahının və Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələr əsasında özlərini qorumalıdırlar. Xüsusilə ictimai nəqliyyatdan istifadə edənlər və alış-veriş edənlər gigiyenik qaydalara əməl etsinlər”.
Qeyd edək ki, Azərbaycanda 28 nəfərdə koronavirus aşkarlanıb, bunlardan 7-si sağalaraq evə buraxılıb.
23:16 / 26 Oktyabr 2026
1
23:08 / 26 Oktyabr 2026
24
22:58 / 26 Oktyabr 2026
49
22:56 / 26 Oktyabr 2026
51
22:51 / 26 Oktyabr 2026
49
22:34 / 26 Oktyabr 2026
203
22:30 / 26 Oktyabr 2026
63
22:11 / 26 Oktyabr 2026
62
22:11 / 26 Oktyabr 2026
59
22:04 / 26 Oktyabr 2026
78
22:02 / 26 Oktyabr 2026
70
21:58 / 26 Oktyabr 2026
65
21:53 / 26 Oktyabr 2026
150
21:44 / 26 Oktyabr 2026
68
21:32 / 26 Oktyabr 2026
69
21:30 / 26 Oktyabr 2026
71
21:05 / 26 Oktyabr 2026
1035
21:02 / 26 Oktyabr 2026
81
20:56 / 26 Oktyabr 2026
93
20:30 / 26 Oktyabr 2026
91
20:26 / 26 Oktyabr 2026
86
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.