İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1151
16.03.2020, 16:24
"Siz qeyd etdiyiniz kimi, ötən il həyata keçirilən çox geniş sosial islahatlar paketinin önəmli bir istiqaməti məhz pensiyalar idi. Ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyaçımızın pensiyalarında ciddi şəkildə artım oldu və minimum pensiyanın alıcılıq qabiliyyəti parametri üzrə Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşdı".
Oxu24.com bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev martın 16-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Nazir bildirib ki, əlavə olaraq əməkhaqqı artımları ilə bağlı, xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçımızın da pensiyaları orta hesabla 31 faiz artdı və bu da ümumilikdə ötənilki paketin 750 min insanı əhatə etməsini təmin etdi: "Digər tərəfdən, bu il sosialyönümlü islahatların davamı olaraq Sizin imzaladığınız Sərəncamla bütün pensiyalar 16,6 faiz indeksləşdirildi. Bunun nəticəsində, Azərbaycanda bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərində oldu. Sırf yaşa görə pensiyanı götürdükdə isə bizim gözləntimiz orta aylıq pensiyanın 350 manata çatmasıdır. Bu da əlbəttə ki, son 2-3 ildə Sizin rəhbərliyinizlə və təşəbbüsünüzlə aparılan genişmiqyaslı sosial islahatların nəticəsi və uğurudur.
Ümumiyyətlə, son islahatlarınızın maliyyə dəyəri 560 milyon manata bərabərdir. Yəni, cari il ərzində indeksləşdirmə hesabına pensiyaçılarımıza əlavə olaraq 560 milyon manat vəsait ödəniləcəkdir. Ötənilki islahatları da nəzərə alsaq, - ümumi illik maliyyə dəyəri 450 milyon manata yaxın idi, - cəmi bir il ərzində qəbul edilmiş qərarlar nəticəsində pensiyaçılarımıza bir milyard manatdan artıq vəsait ödənilir. Bu vəsait də tam şəkildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanır və dövlət büdcəsi üçün əlavə yük yaratmır".
21:44 / 26 Oktyabr 2026
16
21:32 / 26 Oktyabr 2026
27
21:30 / 26 Oktyabr 2026
27
21:05 / 26 Oktyabr 2026
512
21:02 / 26 Oktyabr 2026
65
20:56 / 26 Oktyabr 2026
66
20:30 / 26 Oktyabr 2026
72
20:26 / 26 Oktyabr 2026
71
20:17 / 26 Oktyabr 2026
72
20:07 / 26 Oktyabr 2026
90
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
106
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
85
17:45 / 26 Oktyabr 2026
187
17:01 / 26 Oktyabr 2026
124
17:00 / 26 Oktyabr 2026
386
16:58 / 26 Oktyabr 2026
85
16:46 / 26 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.