Gülşad Məmmədova AÇIQLADI: Yaxın 2-3 gün ərzində Azərbaycanda...
05 Fevral 2026, 14:54
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
892
16.03.2020, 10:38
Azərbaycan manatının ABŞ dolları qarşısında sabitliyi fonunda əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması baş verir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Oxu24.com-a verilən məlumata görə, bunu Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şoklara rəğmən manatın məzənnəsinin sabitliyini şərh edərkən deyib.
Onun sözlərinə görə, mart ayının ilk yarısında Azərbaycan manatı qarşısında gürcü larisi 6,5%, rus rublu 9,8%, türk lirəsi 1,4%, Ukrayna qrivnası 5,9%, Çin yuanı 0,39% və qazax tengəsi 6,7% dəyər itirib. Beləliklə, manatın real effektiv məzənnəsi bahalaşıb.
V. Qasımlının fikrincə, real effektiv məzənnəni hesablayarkən, manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən nominal məzənnəsi və inflyasiya nəzərə alınır. Manatın real effektiv məzənnəsinin tarazlıq səviyyəsinə nisbətini ölçmək üçün istifadə olunan bütün metodlar – alıcılıq qabiliyyəti pariteti, makroiqtisadi balans, "Big Mac" indeksi və başqa yanaşmalar göstərir ki, manatın real effektiv məzənnəsi indiyədək onun tarazlıq nöqtəsindən aşağıda olub.
"Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir. Başqa sözlə, ABŞ-da 1 dollara alınan məhsulu yerli bazarda almaq üçün tələb olunan ödənişdir. Azərbaycan üçün bu rəqəm Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən 0,25 dollardır. Yəni ABŞ-da 1 dollara alına biləcək məhsulu Azərbaycanda 0,25 dollara almaq mümkündür", - deyə V. Qasımlı qeyd edib.
O həmçinin əlavə edib ki, ölkələr üzrə müqayisəli təhlil aparmaq üçün hər bir göstəricini alıcılıq qabiliyyəti paritetinə əsasən "beynəlxalq dollar" göstəricisi ilə ifadə etdikdən sonra real fərqləri görmək mümkündür.
Həmçinin oxuyun
"Dünya Bankının hesablamalarına görə, 2018-ci ildə Azərbaycanda 1 “beynəlxalq dollar” 0,25 dollar, Belarusda 0,25 dollar, Qırğızıstan, Gürcüstan və Ukraynada 0,29 dollar, Qazaxıstanda 0,31 dollar və Rusiyada 0,39 dollar səviyyəsində qiymətləndirilib. Bu ölkələrdə son qlobal şokların təsiri altında baş verən devalvasiyalar manatın real effektiv məzənnəsini gücləndirib.
Əgər 2000-ci ildə manatın real effektiv məzənnəsini bençmark olaraq 100 qəbul etsək, onda 2020-ci ilin əvvəlində bu göstərici 93,3 səviyyəsində olub. Başqa sözlə, manatın real effektiv məzənnəsi bu ilin əvvəlində tarazlıq nöqtəsindən aşağıda qərarlaşıb. Lakin ticarət tərəfdaşlarımızın valyutalarının son günlərdəki devalvasiyaları fonunda manatın dollar qarşısında sabitliyi, manatın real effektiv məzənnəsini tarazlıq nöqtəsinə doğru bahalaşdırır", - deyə V. Qasımlı bildirib.
Mərkəzinin icraçı direktoru hesab edir ki, manatın real effektiv məzənnəsinin bahalaşması Azərbaycanın MDB-də məkanında minimum pensiya, orta pensiya, minimum maaş və orta maaş göstəriciləri üzrə öncül mövqelərini daha da möhkəmləndirir. Digər tərəfdən, manatın real effektiv məzənnəsinin bahalaşmasının iqtisadiyyatın rəqabət qabiliyyətinə təsirini tənzimləmək üçün institusional islahatların davam etdirilməsi, rəqabət mühitinin daha da yaxşılaşdırılması, insan kapitalının inkişafı və bazarlara çıxış istiqamətində fəaliyyətlər davam etdirilməlidir.
Günün təklif olunan videosu:
13:32 / 06 Fevral 2026
1
13:29 / 06 Fevral 2026
12
12:59 / 06 Fevral 2026
82
12:53 / 06 Fevral 2026
423
12:51 / 06 Fevral 2026
263
12:39 / 06 Fevral 2026
95
12:26 / 06 Fevral 2026
787
12:21 / 06 Fevral 2026
286
12:14 / 06 Fevral 2026
49
12:12 / 06 Fevral 2026
45
12:07 / 06 Fevral 2026
49
11:56 / 06 Fevral 2026
221
11:50 / 06 Fevral 2026
234
11:42 / 06 Fevral 2026
89
11:32 / 06 Fevral 2026
939
11:28 / 06 Fevral 2026
1745
11:26 / 06 Fevral 2026
98
11:15 / 06 Fevral 2026
272
11:08 / 06 Fevral 2026
249
11:00 / 06 Fevral 2026
297
10:55 / 06 Fevral 2026
3934
10:32 / 06 Fevral 2026
1398
10:26 / 06 Fevral 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.