Qaynar xətt:

(+99450) 247 90 86

Bakının məşhur otelində hadisə: Turistin başına iş gəldi

2020/03/04/1583299112_200830221.jpg

REDAKTORUN SEÇİMİ

655

04.03.2020, 09:16

Bakıda hoteldə oğurluq hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə fevralın 29-dan martın 1-dək paytaxtın Yasamal rayon ərazisində yerləşən "Pullman" hotelində qeydə alınıb.

Belə ki, Hindistan vətəndaşı, 1985-ci il təvəllüdlü Mahalinqam Govrishankar Azərbaycana turist kimi gəlib, hoteldə qalan zaman naməlum şəxs onun otağından 2 400 ABŞ dolları dəyərində qızıl boyunbağısını oğurlayıb.

Turist bununla bağlı Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.