Çimnaz Quliyeva vəfat etdi
15 Yanvar 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2161
03.03.2020, 12:05
"Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir".
Bu barədə Oxu24.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumatda qeyd edilir ki, digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır:
"Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək. Son vaxtlar vətəndaşlarımızda koronavirus infeksiyalarının laborator diaqnostikasına dair bəzi suallar yaranıb. Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, koronavirus infeksiyalarının vaxtında aşkar olunması üçün hazırda xəstəliyin geniş yayıldığı bölgədən gələn, yaxud həmin bölgədən gələnlə, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olan şəxslərdən analiz nümunələrinin götürülməsi vacibdir. Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda ÜST-ün protokoluna əsasən sözügedən şəxslərin tibbi müayinələri dövlət büdcəsi hesabına həyata keçirilir.
Həmçinin oxuyun
Həmin şəxslər özlərində respirator xəstəlik əlamətləri (qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı) hiss etdikləri halda dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edə və həkim müayinəsindən keçə bilərlər".
Korobnovirusdan belə qorunun!
10:34 / 04 Fevral 2026
1
10:24 / 04 Fevral 2026
11
10:09 / 04 Fevral 2026
26
10:01 / 04 Fevral 2026
32
09:20 / 04 Fevral 2026
41
09:19 / 04 Fevral 2026
138
09:09 / 04 Fevral 2026
55
08:48 / 04 Fevral 2026
129
02:50 / 04 Fevral 2026
280
01:36 / 04 Fevral 2026
191
01:25 / 04 Fevral 2026
218
00:55 / 04 Fevral 2026
122
00:41 / 04 Fevral 2026
117
00:26 / 04 Fevral 2026
232
00:01 / 04 Fevral 2026
161
23:40 / 03 Fevral 2026
1065
23:35 / 03 Fevral 2026
206
23:35 / 03 Fevral 2026
127
23:32 / 03 Fevral 2026
110
23:28 / 03 Fevral 2026
3219
23:22 / 03 Fevral 2026
113
23:16 / 03 Fevral 2026
115
23:12 / 03 Fevral 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.