Baş prokuror Yardımlıda vətəndaşları qəbul edəcək
30 İyun 2025, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86REDAKTORUN SEÇİMİ
2044
19.02.2025, 12:01
Azərbaycanda aviasiya sahəsində yol verilən bəzi pozuntulara görə cərimələr artırılır, yeni cərimələr müəyyənləşir.
Oxu24.com xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Layihəyə əsasən, razılıq olmadan aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerdə aşkar edilən hava gəmisinin hər hansı elementinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) yığışdırılmasına və ya götürülməsinə görə cərimə 500 manatdan 600 manata qaldırılır.
Oxu: 5 il bağlı qalan "Ayşən hadisəsi"nin gizlinləri - Basdırmağa kömək edən şəxslərə cəza verilmədi
Məcəlləyə təklif edilən yeni maddəyə əsasən isə aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyətinə, o cümlədən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılmasına və araşdırmanın nəticələrinə dair hesabatın tərtib edilməsinə müdaxilə olunmasına görə fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 5 000 manat məbləğində, hüquqi şəxslər 10 000 manat məbləğində cərimə ediləcəklər.
Aviasiya personalına dair tələblərin pozulmasına görə də yeni cərimələr müəyyənləşir. Belə ki, şəhadətnamə, vəsiqə və sertifikata malik olmayan və ya digər dövlətdə verilən, müvafiq qaydada tanınmalı olan analoji sənədə malik olmayan şəxslərin mülki aviasiya personalı qismində fəaliyyət göstərməsinə görə fiziki şəxslər 3 000 manat məbləğində, vəzifəli şəxslər 5 000 manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcəklər.
Hava gəmilərinin uçuş və kabinə heyətlərinin, habelə aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinin ixtisaslarına uyğun müvafiq təlim, hazırlıq və tibbi yoxlamadan keçirilməsinin təmin edilməməsinə görə fiziki şəxslər dörd min manat, vəzifəli şəxslər 8 000 manat, hüquqi şəxslər 30 000 manat məbləğində cərimə ediləcəklər.
Mülki pilotsuz uçuş aparatı sistemlərinin istismarına dair ümumi tələblərin pozulmasına görə də cərimələr müəyyənləşir. Belə ki, müvafiq icazə alınmadan model pilotsuz uçuş aparatı klubu ev ya assosiasiyasının fəaliyyət göstərməsinə görə fiziki şəxslər 3 000 manat, vəzifəli şəxslər 5 000 manat, hüquqi şəxslər 8 000 manat məbləğində cərimə ediləcəklər.
Həmçinin oxuyun
Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin icazəsi olmadan nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə mülki pilotsuz uçuş aparatı sistemləri əməliyyatlarının həyata keçirilməsinə görə fiziki şəxslər 3 000 manat, vəzifəli şəxslər 7 000 manat, hüquqi şəxslər 15 000 min manat məbləğində cərimə ediləcəklər.
Məcəlləyə təklif edilən daha bir dəyişikliyə görə isə məsafədən idarə edən pilotun (operatorun) əməliyyatın dayandırılması və ya dəyişdirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin verdiyi göstərişi dərhal yerinə yetirməməsinə görə fiziki şəxslər 4 000 manat, vəzifəli şəxslər 7 000 manat, hüquqi şəxslər 17 min manat məbləğində cərimə ediləcəklər.
Bununla bərabər, nəzərdə tutulan hal istisna olmaqla, hava gəmisi istismarçılarının hava gəmilərini və onların istismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətini sığortalamadan hava gəmisindən istifadə etməsinə görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğində cərimə ediləcəklər.
Həmçinin, pilotsuz uçuş aparatı istismarçılarının pilotsuz uçuş aparatını və onun istismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətini sığortalamadan pilotsuz uçuş aparatından istifadə etməsinə görə fiziki şəxslər 3 000 manat, vəzifəli şəxslər 5 000 manat, hüquqi şəxslər 10 000 manat məbləğində cərimə ediləcəklər.
Mülki aviasiya sahəsində sertifikatlaşdırılma ilə bağlı tələblərə əməl edilməməsinə görə də yeni cərimələr nəzərdə tutulur. Belə ki, aviasiya personalının peşəyə yararlılığının müəyyən edilməsini sertifikatlaşdırılmayan tibb müəssisələri və onların əməkdaşlarının həyata keçirməsinə görə vəzifəli şəxslər 5 000 manatdan 8 000 manatadək, hüquqi şəxslər 20 min manatdan 30 min manatadək məbləğdə cərimə ediləcəklər.
Bununla bərabər, mülki hava limanları və (və ya) aerodromlar, habelə helikopter meydançalarının sertifikatlaşdırılmadan istismarına görə fiziki şəxslər üç min manatdan dörd min manatadək, vəzifəli şəxslər 7 000 manatdan 9 000 manatadək, hüquqi şəxslər 20 min manatdan 40 min manatadək məbləğdə cərimə ediləcəklər.
Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin,onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılmadan fəaliyyət göstərməsinə görə isə vəzifəli şəxslər 7 000 manatdan 9 000 manatadəkməbləğdə, hüquqi şəxslər 20 min manatdan 40 min manatadək məbləğdə cərimə ediləcəklər.
Mülki hava gəmilərinə texniki xidmət göstərəntəşkilatların və ya mülki hava gəmilərinin ev onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarəedən təşkilatların sertifikatlaşdırılmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər yeddi min manatdan doqquz min manatadək, hüquqi şəxslər 20 min manatdan 40 min manatadək məbləğdə cərimə ediləcəklər.
Sertifikatlaşdırılmamış aviasiya avadanlıqlarından və vasitələrindən istifadəyə görə avadanlıqlar və vasitələr müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər 2 000 manat, vəzifəli şəxslər 5 000 manat, hüquqi şəxslər 50 min manat məbləğində cərimə ediləcəklər.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan daha bir dəyişikliklə yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar hava gəmilərinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxsin həmin qaydaların pozması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmasına səbəb olduqda 500 manatdan 1000 manatadək cərimə tətbiq ediləcək və ya işin halları və pozuntutörədənin şəxsiyyəti nəzərə alınmaqla 10 gündən 20 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
19:29 / 20 Avqust 2025
Rəqsanədən şikayətçi olan Gündüz Məmmədov DANIŞDI
1
19:21 / 20 Avqust 2025
Hövsanda 31 yaşlı kişi qətlə yetirildi
5
17:44 / 20 Avqust 2025
“Rəqsanə və əri ilə görüşüb şəxsən pul vermişəm” - VİDEO
7
15:12 / 20 Avqust 2025
Vardanyan saxlanılıb
72
15:10 / 20 Avqust 2025
Rusiya Xarici İşlər Nazirliyi fələstinlilərin kollektiv şəkildə cəzalandırılmasına qarşı çıxıb
61
15:09 / 20 Avqust 2025
Rusiya Hindistana neftə endirim etdi
52
15:07 / 20 Avqust 2025
Fransa futbol klubu müflis oldu
47
14:58 / 20 Avqust 2025
İran Belarusla birlikdə Qərbin sanksiyalarına müqavimət göstərməyə hazırdır
53
14:49 / 20 Avqust 2025
ABŞ Trampın Ukraynanı ordusuz tərk edəcəyini istisna etməyib
55
14:36 / 20 Avqust 2025
Avstriyanın xarici işlər naziri Odessaya gəlib
56
14:11 / 20 Avqust 2025
İrandan gedənlər faciə yaşadı: 78 nəfər öldü
319
13:57 / 20 Avqust 2025
Azərbaycandan Rusiya ilə bağlı qərar: İMTİNA EDİLDİ
2332
13:17 / 20 Avqust 2025
Birbank Biznes-də dostluq qazandırır
63
13:05 / 20 Avqust 2025
ABŞ Türkiyə yaxınlığında xüsusi ƏMƏLİYYAT KEÇİRDİ: Tutulan şəxs kimdir?
567
12:45 / 20 Avqust 2025
ABŞ müttəfiqi Rusiya qazının alışını kəskin şəkildə artırır
68
12:36 / 20 Avqust 2025
Sabahın havası ilə bağlı AÇIQLAMA
398
12:31 / 20 Avqust 2025
ABŞ Rusiya ilə münaqişənin bitməsini Ukrayna üçün xeyir hesab edib
78
12:23 / 20 Avqust 2025
Rusiyada sinifdə intim video çəkən müəllim həbs olundu
470
12:21 / 20 Avqust 2025
ABŞ müharibə bitdikdən sonra Ukraynaya qanun layihəsi təqdim edəcək
71
12:18 / 20 Avqust 2025
Saakaşvili: "Bu, Rusiyanın ən böyük məğlubiyyətidir və böyük dəyişikliklərə səbəb olacaq..."
73
12:06 / 20 Avqust 2025
Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı azaldı-səbəb…
312
11:58 / 20 Avqust 2025
Tramp məzuniyyətə getmək istəmir
61
11:51 / 20 Avqust 2025
ABŞ Ermənistanın yeni səfirinə razılıq verib
68
11:48 / 20 Avqust 2025
60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb
71
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.