Yuxuda gördüyünü gerçəkdə yaşayanlar – Mütəxəssislər açıqladı
11 Avqust 2026, 13:11
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1251
13.02.2025, 11:49
Azərbaycanda iş günü hesab olunmayan bayram günlərində işçilərin işə cəlb edilməsi qadağan olunsa da, müəyyən istisnalar mövcuddur. Bu istisnalar fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində çalışan işçilərə şamil edilir.
Azərbaycanda iş günü hesab olunmayan bayram günlərində işçilərin işə cəlb edilməsi qadağan olunsa da, müəyyən istisnalar mövcuddur. Bu istisnalar əsasən fasiləsiz istehsalat, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində çalışan işçilərə aiddir. Qarşıdan gələn Novruz və Qurban bayramları da iş günü hesab olunmayan rəsmi bayram günləri siyahısındadır.
Bəs bayram günləri çalışan işçilərin maaşı necə hesablanır?
Hüquqşünas Ramil Süleymanovun Ajans.az-a verdiyi açıqlamaya görə, Əmək Məcəlləsinin 164.1-ci maddəsinə əsasən, qeyri-iş günlərində işə cəlb olunan işçilərə əlavə əməkhaqqı ödənilməlidir. Onun sözlərinə görə, işəgötürənlər bu qaydalara əməl etmədikdə, qanun pozuntusu kimi məsuliyyətə cəlb olunurlar:
"Qeyri-iş günlərində işləyən işçilərə ödənilən əməkhaqqı, onların gündəlik tarif maaşının ən azı iki mislindən aşağı olmamalıdır.
Əgər əməkhaqqı işəmuzd qaydada ödənilirsə, bu halda işəmuzd qiymətlərindən aşağı olmamaq şərtilə əməkhaqqı hesablanmalıdır.
İşçilər aylıq iş vaxtı çərçivəsində artıq iş görüblərsə və ya işə əlavə olaraq cəlb ediliblərsə, onlara maaşlarından əlavə, həmin gün üçün gündəlik maaşlarının ikiqatı həcmində ödəniş edilməlidir".
Ramil Süleymanov vurğulayıb ki, işçilərin maaşları düzgün hesablanmadıqda və ya qanunla müəyyən edilmiş əlavə əməkhaqqı ödənilmədikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən məsuliyyət nəzərdə tutulur:
"İşəgötürən və ya vəzifəli şəxs qeyri-iş günlərində işə cəlb olunan işçilərə əməkhaqqını ikiqat qaydada ödəmədikdə, 700 manatdan 1500 manata qədər inzibati qaydada cərimələnir. İşçilər qeyri-iş günlərində işə çağırıldıqda əməkhaqqının əlavə hesablanmasını tələb edə bilərlər. Əgər əməkhaqqı düzgün ödənilməzsə, bu barədə müvafiq dövlət orqanlarına müraciət edə bilərlər".
21:47 / 25 Avqust 2026
7
21:29 / 25 Avqust 2026
42
21:14 / 25 Avqust 2026
45
20:56 / 25 Avqust 2026
52
20:29 / 25 Avqust 2026
74
20:09 / 25 Avqust 2026
61
20:01 / 25 Avqust 2026
71
19:56 / 25 Avqust 2026
67
19:22 / 25 Avqust 2026
64
19:18 / 25 Avqust 2026
72
18:59 / 25 Avqust 2026
78
18:49 / 25 Avqust 2026
77
18:31 / 25 Avqust 2026
66
18:23 / 25 Avqust 2026
82
18:10 / 25 Avqust 2026
64
17:59 / 25 Avqust 2026
81
17:45 / 25 Avqust 2026
79
17:39 / 25 Avqust 2026
92
17:34 / 25 Avqust 2026
79
17:03 / 25 Avqust 2026
112
16:59 / 25 Avqust 2026
85
16:59 / 25 Avqust 2026
89
16:45 / 25 Avqust 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.