Yuxuda gördüyünü gerçəkdə yaşayanlar – Mütəxəssislər açıqladı
11 Avqust 2026, 13:11
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1203
10.02.2025, 14:49
ETN-nin yeni istifadəyə verdiyi “Rəqəmsal Məktəb” platforması həm də valideynlər üçündür.
Hansı məktəblər qoşulub ?
Hazırda Bakı şəhərinin bütün məktəbləri bu platformaya inteqrasiya edilib. Övladları Bakı şəhərinin məktəblərində təhsil alan bütün valideynlər platfromaya daxil olaraq faydalana bilərlər.
Hələlik özəl məktəblər və regionlardakı məktəblər sistemə daxil edilməyib.
Regionların növbəti dərs ilində platformaya qoşulması nəzərdə tutulub.
digital.edu.az saytının aşağı hissəsində “Rəqəmsal Məktəb”ə qoşulan məktəblərin siyahısı yerləşdirilib.
Necə daxil olmalı?
Valideynlər digital.edu.az səhifəsinin GİRİŞ bölməsini seçməklə SİMA və ya ASAN imza ilə platformaya daxil ola bilərlər. Sayt telefonda işləmək üçün də uyğunlaşdırılıb.
Sistemə daxil olan anda “Yeni övlad əlavə et” menyusu vasitəsilə valideynlər övladlarını siyahısını görə və zəruri addımları ata bilərlər.
Valideynlər platformada nə edə bilərlər ?
Valideynlər övladının gündəliyini görə, gündəlik qiymətləndirmə məlumatlarını izləyə bilərlər.
Onların həmçinin birbaşa direktor ilə onlayn formada mövcud çat vasitəsilə əlaqə saxlamaq imkanı var.
Valideynlər övladlarının sistemdən istifadəsi üçün platformada onlar üçün giriş imkanı yaratmalı, onlara şifrə təyin etməlidir. Şagirdlər məktəb tərəfindən veirlən ÜTİS kodu və valideynin təyin etdiyi şifrədən istifadə etməklə sistemə qoşula bilərlər.
Kömək üçün hara müraciət etməli ?
ETN və Ədliyyə Nazirliyinin sistemləri inetqrasiya olunduğundan övladlarla bağlı məlumatlıar Ədliyyə Nazirliyinin bazasından real vaxtda digital.edu.az-a generasiya olunur.
Əgər hansısa problem olarsa, siyahıda övladlar qeyri-deqiq göstərilərsə +994 (12) 146 -4 qaynar xəttinə zəng etmək, yaxud [email protected] ünvanına yazmaq olar
ETN bu platforma ilə valideynlərə məktəbə gəlmədən övladlarının tədris prosesinə nəzarət imkanı yaradıb. Həmçinin direktorla birbaşa əlaqə imkanı yaratmaqla məktəblə əlaqəli bütün məsələlərin həlli üçün, valideynin məktəbin fəaliyyətində yaxından iştirakı üçün də imkanlar yaradılıb.
Bütün bunlar isə sonda valideynlərin təhsil proseslərində, övladının tədris prosesində və məktəb idarəetməsində daha yaxından iştirakına imkanlar yardır.
Valideynlərin bu platformaya qoşulması vacibdir və bu, çox faydalı olardı.



Mənbə: Osman Gündüz
23:47 / 25 Avqust 2026
126
23:01 / 25 Avqust 2026
166
22:30 / 25 Avqust 2026
163
22:26 / 25 Avqust 2026
69
21:47 / 25 Avqust 2026
67
21:29 / 25 Avqust 2026
73
21:14 / 25 Avqust 2026
76
20:56 / 25 Avqust 2026
78
20:29 / 25 Avqust 2026
92
20:09 / 25 Avqust 2026
72
20:01 / 25 Avqust 2026
83
19:56 / 25 Avqust 2026
78
19:22 / 25 Avqust 2026
68
19:18 / 25 Avqust 2026
76
18:59 / 25 Avqust 2026
87
18:49 / 25 Avqust 2026
81
18:31 / 25 Avqust 2026
69
18:23 / 25 Avqust 2026
86
18:10 / 25 Avqust 2026
72
17:59 / 25 Avqust 2026
85
17:45 / 25 Avqust 2026
87
17:39 / 25 Avqust 2026
100
17:34 / 25 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.