Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
02 Sentyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
319
15.10.2024, 12:12
Ölkə qanunvericiliyinə görə, sosial müavinət kimi təyin edilən ödənişlərdən biri də dəfn üçün nəzərdə tutulandır.
“Qafqazinfo”nun məlumatına görə, bu müavinət müraciətetmə müddətindən asılı olmayaraq şəxsin ölümü ilə əlaqədar onun dəfn xərclərini çəkmiş şəxslərə ödənilir.
Bəs bu müavinət hər kəsə aiddirmi?
Qanunvericiliyə əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına dəfn üçün birdəfəlik sosial müavinət aşağıdakı şəxslər üçün verilir:
- Əmək pensiyaçıları;
- Ömürlük müavinət alan dövlət qulluqçuları;
- Yaşa görə müavinət alanlar;
- Əlilliyə görə müavinət alanlar;
- Ailə başçısını itirməyə görə müavinət alanlar;
- İşsizlikdən sığorta ödənişi alanlar;
- İşləyən və xeyrinə məcburi dövlət sosial sığorta ödənişi edilənlər;
- Aktiv VÖEN-i olmasına baxmayaraq, məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayanlar.
Göründüyü kimi, dəfn pulu müavinəti geniş kateqoriyanı əhatə etsə də, heç də hamıya şamil deyil. Belə ki, məcburi dövlət sosial sığorta ödənişi etməyənlər, işləməyən və buna görə ödəniş almayanlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olsalar da, məcburi dövlət sosial sığorta haqqına görə borcu olanlar üçün dəfn pulu ödənilmir.
Dəfn üçün müavinətin məbləği nə qədərdir?
Qanunla dəfn müavinətinin məbləği əmək pensiyaçıları üçün minimum pensiya məbləğinin 3 mislidir. Hazırda minimum pensiyanın 280 manat olmasını nəzərə alanda, bu məbləğ 840 manat təşkil edir. Digərləri üçün isə dəfn müavinətinin məbləği 500 manatdır.
Vəfat edən şəxs həm işləyən, həm də pensiyaçı olarsa, onun dəfni üçün müavinətlərdən biri (məbləği böyük olan) ödənilir.
Dünyasını dəyişən işləyənlər üçün dəfn müavinəti ilə yanaşı, işəgötürən tərəfindən işçinin orta aylıq əməkhaqqının 3 misli həcmində onun vərəsələrinə müavinət ödənilir.
Dəfn müavinətini almaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müraciət edilməlidir. Müavinət 10 gün müddətində ödənilir. Müavinətin təyin olunmasından imtina edildiyi halda isə 5 gün ərzində bu barədə məlumat verilir.
Həmçinin oxuyun
19:45 / 05 Sentyabr 2026
1
19:34 / 05 Sentyabr 2026
26
19:23 / 05 Sentyabr 2026
37
19:12 / 05 Sentyabr 2026
57
19:00 / 05 Sentyabr 2026
124
18:53 / 05 Sentyabr 2026
42
18:46 / 05 Sentyabr 2026
166
18:43 / 05 Sentyabr 2026
40
18:31 / 05 Sentyabr 2026
130
18:16 / 05 Sentyabr 2026
55
18:16 / 05 Sentyabr 2026
59
18:10 / 05 Sentyabr 2026
68
18:08 / 05 Sentyabr 2026
68
18:00 / 05 Sentyabr 2026
61
17:37 / 05 Sentyabr 2026
62
17:35 / 05 Sentyabr 2026
65
17:15 / 05 Sentyabr 2026
69
16:45 / 05 Sentyabr 2026
64
16:27 / 05 Sentyabr 2026
74
16:08 / 05 Sentyabr 2026
696
16:05 / 05 Sentyabr 2026
76
16:00 / 05 Sentyabr 2026
65
15:53 / 05 Sentyabr 2026
1178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.