Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
02 Sentyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
235
15.10.2024, 11:21
Kolleclərə direktor müavinləri təyin olunub.
Oxu24.com xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, Nərmin Hətəmova 2005-2009-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “İngilis dili müəllimi” ixtisası üzrə bakalavr təhsili alıb. N.Hətəmova Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin birgə təşkil etdiyi ikili diplom proqramını müvəffəqiyyətlə başa vuraraq “Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. O, 2013-2022-ci illərdə müxtəlif müəssisələrdə məktəbəqədər təhsil sahəsi üzrə çalışıb.
Nigar Səfxanova 2011-2015-ci illərdə Bakı Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda “ADA” Universitetində “Təhsilin təşkili və idarəolunması” ixtisası üzrə magistr təhsili alır. N.Səfxanova 2018-2022-ci illərdə Göygöl rayonunun Üçbulaq kənd ümumi orta məktəbində müəllim vəzifəsində çalışıb, 2022-ci ildən isə həmin məktəbin direktoru vəzifəsini icra edib.
Həmçinin oxuyun
19:45 / 05 Sentyabr 2026
1
19:34 / 05 Sentyabr 2026
26
19:23 / 05 Sentyabr 2026
37
19:12 / 05 Sentyabr 2026
57
19:00 / 05 Sentyabr 2026
124
18:53 / 05 Sentyabr 2026
42
18:46 / 05 Sentyabr 2026
166
18:43 / 05 Sentyabr 2026
40
18:31 / 05 Sentyabr 2026
130
18:16 / 05 Sentyabr 2026
55
18:16 / 05 Sentyabr 2026
59
18:10 / 05 Sentyabr 2026
68
18:08 / 05 Sentyabr 2026
68
18:00 / 05 Sentyabr 2026
61
17:37 / 05 Sentyabr 2026
62
17:35 / 05 Sentyabr 2026
65
17:15 / 05 Sentyabr 2026
69
16:45 / 05 Sentyabr 2026
64
16:27 / 05 Sentyabr 2026
74
16:08 / 05 Sentyabr 2026
696
16:05 / 05 Sentyabr 2026
76
16:00 / 05 Sentyabr 2026
65
15:53 / 05 Sentyabr 2026
1178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.