Maliyyə yardımı alan media subyektlərinin veb-sayt və sosial şəbəkə hesablarının göstəriciləri ildə iki dəfə monitorinq olunacaq
20 Noyabr 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
279
14.10.2024, 17:19
Rusiya Federasiyası yaxın 6 il ərzində NATO-ya üzv ölkələrin ərazisinə hücum edə biləcək.
Oxu24.com xəbər verir ki, bu fikri Almaniya kəşfiyyatının rəhbəri Bruno Kal bildirib.
O əlavə edib ki, Rusiyadan birbaşa hərbi təhlükə görür. Kahl Bundestaqdakı dinləmələrdə "Ən gec bu onilliyin sonuna qədər Rusiya qoşunları NATO-ya hücum edə biləcək",-deyə qeyd edib.
Alman kəşfiyyatının rəhbəri qeyd edib ki, “Kreml Almaniyaya düşmən kimi baxır”, çünki o, Rusiya işğalçılarına qarşı müharibədə Ukraynanı dəstəkləyən ikinci ölkədir.
Kahl əlavə edib ki, Putin təkcə Ukraynadan deyil, “əslində yeni dünya düzəninin yaradılmasından” narahatdır.
BILD yazır ki, ölkənin əks-kəşfiyyatının rəhbəri Tomas Haldenvanq da dinləmədə çıxış edərək onun idarəsinin “Rusiya kəşfiyyat xidmətlərinin aqressiv hərəkətlərini müşahidə etdiyini” deyib. O, Rusiyanın Almaniyadakı casusluğunun və təxribatının “həm keyfiyyətcə, həm də kəmiyyətcə” artdığını vurğulayıb.
Hərbi Əks-Kəşfiyyat Xidmətinin rəhbəri Martina Rozenberq bildirib ki, kritik infrastruktura casusluq cəhdlərinin sayı “həyəcanverici” dərəcədə artıb. “Rusiya kəşfiyyatçılarının diqqəti Ukraynaya alman silahlarının tədarükü, alman ordusunun təlimi, təxribat səbəbindən etibarsızlıq hissi yaratmaq üçün silah istehsalı və ya təxribatdır”.
Son zamanlar Avropa ölkələrində rus casuslarının fəallaşması ilə bağlı xəbərlər tez-tez yayılır. Belə ki, yayda ingilis hərbçilərinə rus casuslarının işindən bəhs edən təhlükəsizlik təlimatları verilib. Xüsusən də döyüşçülərə xəbərdarlıq edilib ki, hərbi bazalara nəzarət oluna bilər.
Avropa Norveçin enerji obyektlərində Rusiyanın mümkün təxribatına hazırlaşır.
Oktyabrın 8-də isə Mi-5 Avropa küçələrində rus agentlərinin yarada biləcəyi təhlükə barədə xəbərdarlıq etdi.
Miri
00:24 / 23 Noyabr 2026
1
00:11 / 23 Noyabr 2026
55
23:56 / 22 Noyabr 2026
65
23:43 / 22 Noyabr 2026
239
23:28 / 22 Noyabr 2026
245
23:26 / 22 Noyabr 2026
89
22:59 / 22 Noyabr 2026
345
22:36 / 22 Noyabr 2026
130
22:08 / 22 Noyabr 2026
911
21:14 / 22 Noyabr 2026
155
21:06 / 22 Noyabr 2026
163
20:56 / 22 Noyabr 2026
1477
20:30 / 22 Noyabr 2026
508
19:33 / 22 Noyabr 2026
1078
19:20 / 22 Noyabr 2026
163
19:05 / 22 Noyabr 2026
1395
18:54 / 22 Noyabr 2026
149
18:49 / 22 Noyabr 2026
186
18:21 / 22 Noyabr 2026
479
18:16 / 22 Noyabr 2026
224
18:02 / 22 Noyabr 2026
186
17:59 / 22 Noyabr 2026
176
16:38 / 22 Noyabr 2026
238
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.