Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
02 Sentyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1020
04.10.2024, 11:20
Abşeron Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mehriban Qaralovaya yeni vəzifə verilməsi barədə xəbər vermişdik.
Müvafiq əmrlə Mehriban Qaralova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Xocəsən Sağlamlıq Mərkəzinin direktoru təyin olunub.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilən Mehriban Qaralova uzun müddət işsiz qalıb. Mehriban Qaralova sabiq baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.
Yerli mediada sözügedən xəbərlər təqdim olunarkən Mehriban Qaralovanın Zakir Qaralovun yaxın qohumu kimi başlıqlara çıxarılması birmənalı qarşılanmayıb.
Oxu24.com xəbər verir ki,tanınmış şair Şəmsi Vəfadar CityPost.az saytına bununla bağlı tənqidi fikirlərini bölüşüb.
Mərhum professor Zahid Qaralovu tanımayan,barəsində eşitməyən az adam tapılar. O, həm də Azərbaycan Milli Oyanış Hərəkatının öncüllərindən olub. Sözünün sanbalı olan ziyalılarından hesab olunurdu. Kimsə Zahid Qaralovu və ailəsini Zakir Qaralova görə tanıtmaq istəyirsə,bu səhv atılmış addımdır. Zakir Qaralov uğursuz baş prokuror kimi tarixin yaddaşına həkk olunub. Əgər onun Dövlətçilik qarşısında müstəsna xidmətləri olsaydı,sözsüz ki, O da İsa Nəcəfov,Südabə Həsənova,İlyas İsmayılov,Fikrət Məmmədov kimi şərəfləndirilərdi və kənarda qalıb bu gün Əli Ömərov,Eldar Həsənov sayağı məşğul olduğu işlərlə başını qatmazdı.
Böyük hörmət və nüfuz sahibi mərhum Zahid Qaralovun qızı yetərincə tanınmış ziyalı xanım Mehriban Qaralovanı Zakir Qaralova bağlamaq absurddur.Belə bir deyim var: Havalar soyuyanda kölgə salan ağaclar unudulur. Mehriban Qaralovanın İlqar Qaralov kimi ziyalılığına,mədəniyyətinə,əxlaqına və savadına görə seçilən qardaşı var.Zakir Qaralovun adı heç bir dəftərdə olmayanda Mehriban Qaralovanın atası Zahid Qaralov Azərbaycan SSR Elm və Təhsil nazirinin müavini idi. Belə faktlara toxunanda, kimlərinsə adlarını hallandıranda yaxşı olardı ki,jurnalistlərimiz tarixi faktları səhifələsinlər.
00:42 / 07 Sentyabr 2026
15
23:52 / 06 Sentyabr 2026
131
23:31 / 06 Sentyabr 2026
62
23:02 / 06 Sentyabr 2026
112
22:35 / 06 Sentyabr 2026
71
22:00 / 06 Sentyabr 2026
86
21:24 / 06 Sentyabr 2026
80
21:14 / 06 Sentyabr 2026
66
21:10 / 06 Sentyabr 2026
70
21:00 / 06 Sentyabr 2026
113
20:32 / 06 Sentyabr 2026
66
20:25 / 06 Sentyabr 2026
91
20:15 / 06 Sentyabr 2026
76
19:58 / 06 Sentyabr 2026
69
19:44 / 06 Sentyabr 2026
97
18:50 / 06 Sentyabr 2026
84
18:40 / 06 Sentyabr 2026
88
18:15 / 06 Sentyabr 2026
100
15:39 / 06 Sentyabr 2026
1737
14:35 / 06 Sentyabr 2026
98
14:16 / 06 Sentyabr 2026
107
14:14 / 06 Sentyabr 2026
92
14:00 / 06 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.