Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114779
az

TƏCİLİ! Razi Nurullayevin əsas rəqibi,məşhur iş adamı namizədliyini geri götürdü

14:5422 İyul, 2024
1576
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər verdiyimiz kimi  sentyabrın 1-də Milli Məclisə seçkilər keçiriləcək.

Citypost.az  xəbər verir ki,  növbədənkənar parlament seçkilərinə 1048 nəfər namizədlik üçün müraciət edib. MSK sədri bildirib ki, onlardan 700-nün namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Citypost.az-ın əldə etdiyi məlumata görə,İmişli Ağsaqqallar Şurasının sədri,tanınmış iş adamı Saleh Səmədov  da  81 saylı dairədən  namizədliyini irəli sürüb. Məlumata görə,tanınmış iş adamı daha sonra namizədliyini geri götürüb.

Qeyd edək ki,Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də həmin dairədən namizədliyini irəli sürüb.

Citypost.az məsələ ilə bağlı tanınmış iş adamı,xeyriyyəçi Saleh Səmədovla əlaqə saxlayıb.

"Müəyyən məsləhətləşmələrdən sonra namizədliyimi geri götürdüm. Mənim üçün Ağsaqqallar Şurasının Sədrindən böyük vəzifə yoxdur.Mən İmişlini və imişliləri çox sevirəm.Onların içində olmağı daha üstün tuturam",-  deyə  Saleh  Səmədov  saytımıza açıqlamasında bildirib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Güclü partlayış olub: 5 nəfər dünyasını dəyişib
Baş prokurorla görüş var - BU RAYONLAR GEDƏ BİLƏR
DİQQƏT! Yollar bağlanır

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi