Qaynar xətt:

(+99450) 247 90 86

Bakıdan Rusiyaya milyonluq sırğa aparan şəxs tutuldu

Bakıdan Rusiyaya milyonluq sırğa aparan şəxs tutuldu

REDAKTORUN SEÇİMİ

298

22.07.2024, 11:45

Rusiyanın Samara Kurumoç hava limanında gömrükçülər Azərbaycandan “Tiffany” sırğaları ilə gələn sərnişini saxlayıblar.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

 

Həmin şəxs “yaşıl” dəhlizdən keçərkən saxlanılıb.

 

Gömrük əməkdaşları onun baqajına əlavə yoxlama keçirib və bəyan edilməmiş Tiffany & Co. sırğaları aşkar ediblər. Onun dəyəri  1,5 milyon rubl dəyərində olub.Bundan əlavə, turistin əlində orijinallıq sertifikatları və zinət əşyaları üçün qəbz də olub.

“Məhsul almaz əlavələri olan 950 platin ərintisindən, yəni təbii almazdan hazırlanıb. Zərgərlik məmulatlarının hazırlandığı materiallar strateji əhəmiyyətli mallar siyahısına daxildir”, - deyə ekspert yekunlaşdırıb.

Qaçaqmalçılığa görə adamı 7 ilə qədər həbs və 1 milyon rubla qədər cərimə gözləyir.

 

Miri