Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
02 Sentyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
312
07.06.2024, 16:14
Ağdaşda bələdiyyə sədri və MMC direktoru həbs edilib.
Bu barədə Oxu24.com-a Ağdaş rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Ağdaşda bələdiyyə sədri və MMC direktorunun qanunsuz əməlləri ifşa edilib:
“Belə ki, Ağdaş rayonu, Kotavan kənd bələdiyyəsinin sədri Rəşad Səmədovun vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin ümumi yığıncağının qərarı olmadan “Abadlıq-2012” adlı MMC ilə tikinti aparılması barədə müqavilə bağlamasına, həmçinin, MMC-nin direktoru Əli Cəbiyevlə birgə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib”.
Məlumata görə, Ağdaş rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə bələdiyyə sədri Rəşad Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 188.4.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
Qurumdan həmçinin bildirilib ki, “Abadlıq-2012” MMC-nin direktoru Əli Cəbiyev isə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2 (külli miqdarda mənimsəmə), 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.
İş üzrə vurulmuş maddi ziyanın ödənilməsi və digər əhəmiyyətli halların müəyyən olunması istiqamətində istintaq tədbirləri davam etdirilir.
09:52 / 11 Sentyabr 2026
8
09:29 / 11 Sentyabr 2026
33
09:26 / 11 Sentyabr 2026
55
09:24 / 11 Sentyabr 2026
39
09:22 / 11 Sentyabr 2026
39
23:14 / 10 Sentyabr 2026
844
23:08 / 10 Sentyabr 2026
120
23:03 / 10 Sentyabr 2026
140
23:00 / 10 Sentyabr 2026
77
22:53 / 10 Sentyabr 2026
73
22:44 / 10 Sentyabr 2026
96
22:40 / 10 Sentyabr 2026
3643
22:36 / 10 Sentyabr 2026
76
22:28 / 10 Sentyabr 2026
76
22:20 / 10 Sentyabr 2026
92
21:54 / 10 Sentyabr 2026
437
21:50 / 10 Sentyabr 2026
82
21:35 / 10 Sentyabr 2026
108
21:30 / 10 Sentyabr 2026
160
21:27 / 10 Sentyabr 2026
74
21:20 / 10 Sentyabr 2026
90
21:16 / 10 Sentyabr 2026
95
21:15 / 10 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.