Qaynar xətt:

(+99450) 247 90 86

Faktiki hava: Bəzi bölgələr üçün orta riskli sarı xəbərdarlıq verilib

Faktiki hava: Bəzi bölgələr üçün orta riskli sarı xəbərdarlıq verilib

REDAKTORUN SEÇİMİ

442

25.05.2024, 18:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qərb bölgələri üçün mayın 25-də gözlənilən küləkli hava şəraiti haqqında narıncı, digər bölgələr üçün isə orta riskli sarı xəbərdarlıq verilib.

 

Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Gəncə-Qazax bölgəsində narıncı, Daşkəsən-Gədəbəy, Qarabağ, Balakən-Şəki, Mərkəzi-Aran, Naxçıvan MR-da isə sarı xəbərdarlıq edilib.

 

Milli Hidrometeorologiya Xidmətinin mayın 25-i saat 13:00-a olan məlumatına əsasən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq Gəncə-Qazax bölgəsində güclü külək əsir. Küləyin maksimal sürəti 25-30 m/s təşkil edir. Naxçıvan, Şəmkir, Tovuz və Naftalanda isə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 18-20 m/s-dək güclənib.