Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109561
az

Rəisinin öldüyü qəzada bütün sirlər AÇILDI - Digər helikopterlər buna görə ərazidən AYRILIB 

11:1422 May, 2024
295
REDAKTORUN SEÇİMİ
  • A

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması hazırda dünyanın əsas gündəm mövzusudur. İran Prezidenti İbrahim Rəisi və helikopter qəzasında digər həlak olanların dəfn mərasimi sabah – mayın 23-də ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində keçiriləcək. İran Prezidenti İbrahim Rəisidən başqa, helikopterdə Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imamı Seyid Məhəmməd Əl Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Sərdar Seyid Mehdi Musəvi, Prezidentin Mühafizə Birliyinin komandiri və bir sıra mühafizəçilər və ekipaj üzvləri olub.

 

3 gün əvvəl baş vermiş qəza ilə bağlı dünyanın bütün ölkələrindən fərqli analitiklər, araşdırmaçılar müxtəlif fikir və mülahizələr irəli sürür. Gün keçdikdə yeni detallar məlum olur və bir sıra iddialar səsələndirilir. Lakin baş vermiş qəzaya daha yaxından diqqət yetirsək, bu zaman olduqca qəliz və bir sıra müəmməlı məqəmların şahidi oluruq.

 


10 saatdan çox davam edən axtarışların nəticəsində İbrahim Rəisinin və digər şəxslərin helikopter qəzasında həlak olduğu məlum oldu. KİV-də yayılan məlumatlardan sonra İranın vitse-prezidenti Möhsün Mənsuri prezident Rəisinin helikopter qəzasında həlak olduğunu təsdiqləyib. İran Qızıl Aypara Cəmiyyəti İran prezidenti İbrahim Rəisinin helikopterində olanların sağ olduğuna dair heç bir əlamət tapmayıb.

 

İlk növbədə bunu qeyd etməliyik ki, 2024-cü ildə Prezident İbrahim Rəisini daşıyan ABŞ istehsalı olan 40-45 yaşlarında və sadəcə görə bildiyi ərazidə uça bilən bir helikopterdir. Yəni son texonologiyala cavab verməyən bir helikopterdən söhbət gedir. Normalda ekipaj xaric olmaqla 6 nəfərin minə biləcəyi helikopterə ekipajla birlikdə 9 nəfər minib. Ən müəmmalı mövzulardan biri budur.

 

Digər məsələ isə budur ki, İbrahim Rəisi və qəzada digər həlak olanları daşıyan helikopterdən əlavə planlanan mənzil başına daha 2 helikopter gedirmiş. Bu iki helikopter yoluna davam edib planlanmış missiyanı yerinə yetirir. Lakin təhlükəsizliyini təmin etməli olduqları və prezidentlə xarici işlər nazirinin olduğu helikopter qəzaya düşür, digər iki helikopter isə yollarına davam edir. Maraqlıdır, digər iki helikopter niyə yola davam etdi? Siqnalların kəsildiyi və bütün kontaktların qopduğu bir anda baş verənlər sadəcə heyrətləndirir...

 

Qəza baş verdikdən sonra İranın fərqli KİV-ləri və dövlət telekanalları müxtəlif versiyalar irəli sürməyə başladı. Bəziləri prezidentin yaşadığını bildirdiyi halda, bəziləri də helikopter qəzasından heç kimin sağ çıxma ehtimalının olmadığını idda etdi. İran rəsmiləri isə, ümumiyyətlə, vəziyyətin nəzarətdə olduğunu deyirdi. Qəza xəbəri yayıldıqdan dəqiqələr sonra İran rəsmiləri gah helikopterin sərt bir eniş etdiyini, gah hər kəsin quru yolu ilə Təbrizə getdiyini, gah da dumanlı hava şəraiti səbəbindən helikopterin bir qədər gecikəcəyini idda etməyə başladı.

 


Daha sonra İranın axtarış xilasetmə qüvvələri əraziyə cəlb olundu, lakin necə bir müəmmadırsa, ölkə prezidentinin, xarici işlər nazirinin və yüksək rütbəli şəxslərin olduğu qəzanın axtarışı nə az, nə çox düz 10 saatdan çox çəkdi. Sual yaranır: Prezidenti, ölkənin xarici işlər nazirini və digər şəxsləri daşıyan helikopterin təhlükəsizlik tədbirləri bu qədərmi zəifdir? Düzdür, bu heç bir halda inkar edilə bilməz ki, helikopterin qəzaya uğradığı bölgə olduqca çətin relyefdə yerləşir. Amma bu 10 saatdan çox davam edən bir axtarışın nəticələrini dəyişmir. Vəziyyətin kritik olduğunu görən Azərbaycan dostluq və əməkdaşlığına hər zaman olduğu kimi bu dəfə də sadiq qaldı və İrana yardım təklifi etdi. Sadəcə Azərbaycan deyil, Rusiya və Türkiyə də İrana yardım əlini uzatdı və hətta helikopterin qəzaya uğradığı yer “Akınçı” sayəsində tapıldı.

 


Hər bir halda fikir verək: axtarışın üzərindən 10 saat keçib və prezidenti tapa bilmirlər. Bu bir dövlət üçün olduqca zəif və təəssüf doğuran bir vəziyyətdir. Hadisələrin gərgin və geniş vüsat aldığı bir anda İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH teleqram kanalında paylaşdığı yazı gündəm oldu. Belə ki, SEPAH-ın rus dilində yayımlanan Telegram kanalı prezident Rəisinin həlak olması ilə bağlı intiqam paylaşımı edib: "İntiqamın alınacaq, cənab Prezident".

 


SEPAH-ın rus dilindəki Telegram kanalının yaydığı bu intiqam andı heyrət doğurur. Çünki İran dövlətinin rəsmi açıqlamasına görə Rəisi və heyətinin (9 nəfər) həlak olma səbəbi pis hava şəraitində helikopterin qəza etməsidir. Hər bir halda bu iddialar dəyişə bilər, lakin hələlik İran hökumətinin də bildirdiyinə görə, helikopter qəzasına səbəb dumanlı hava şəraiti olub.

 

Hələ hər hansı sui-qəsd, hücum, hansısa dövlət adı çəkilmədiyi halda, SEPAH nəyin qisasını kimdən alacaq sualı da maraq doğurur...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis bu qızı axtarır
Milli Hidrometeorologiya Xidməti açıqlama yaydı
Gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM