Qaynar xətt:

(+99450) 247 90 86

Baş nazir qərar imzaladı: Ödənişin məbləği 98 manat oldu

Baş nazir qərar imzaladı: Ödənişin məbləği 98 manat oldu

REDAKTORUN SEÇİMİ

699

21.05.2024, 18:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları” təsdiqlənib.

 

Oxu24.com   xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsini Dövlət İmtahan Mərkəzi təşkil ediləcək. Test imtahanı bir mərhələdə keçirilir və proqrama uyğun olaraq hazırlanmış 30 test tapşırığından ibarətdir.

 

İxtisas şəhadətnaməsinin verilməsi üçün haqq tutulmur.

 

Eyni zamanda ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 manat müəyyən edilib.