Qaynar xətt:

(+99450) 247 90 86

Balıq tutarkən faciəli şəkildə öldü

Balıq tutarkən faciəli şəkildə öldü

REDAKTORUN SEÇİMİ

347

17.03.2024, 16:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Salyanda balıq ovlayan şəxsi elektrik cərəyanı vurub.
Oxu24.com xəbər verir ki, hadisə rayonun Yenikənd kəndi ərazisindən keçən, el arasında “Ana zığlıq” adlanan kollektorda qeydə alınıb. İlkin məlumata görə, kollektorda balıq tutmaq istəyən Lənkəran rayon sakini, 1989-cu il təvəllüdlü Babayev Orxan Baba oğlu tilovunu suya atmaq istəyərkən kollektorun üzərindən keçən elektrik məftilinə toxunub. Nəticədə onu elektrik cərəyanı vurub.
Kənd sakinləri tərəfindən O.Babayevə ilkin yardımı göstərilib. Sonra Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. (Report)