Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan elminə ağır itki baş verdi

Azərbaycan elminə ağır itki baş verdi

REDAKTORUN SEÇİMİ

820

15.03.2024, 00:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı vəfat edib.
Bu barədə Oxu24.com-a AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib. Mərhumla vida mərasimi sabah saat 10.00-da Təzəpir məscidində keçiriləcək.
Şirindil Alışanov 1952-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışıb. 1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb. 1993-1998-ci illərdə "Elm" qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə "Elm" Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub. 1990-cı ildən "Sabah" nəşriyyatının direktoru kimi çalışıb. Bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvüdür. Dörd kitabı və yüzdən artıq elmi və ədəbi-tənqidi məqaləsi çap olunub. Allah rəhmət eləsin!