Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıta gedirdilər,qəzaya düşdülər  - FOTO

Sumqayıta gedirdilər,qəzaya düşdülər  - FOTO

REDAKTORUN SEÇİMİ

772

08.03.2024, 23:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
08.03.2024-cü il tarixində saat 18:13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yol-nəqliyyat hadisəsilə bağlı çağırış daxil olub.
Bu barədə TƏBİB-dən Oxu24.com-un sorğusuna cavab olaraq bildirilib. Bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
Xəsarət alan 3 nəfər şəxs (2 kişi cinsli, 1 qadın cinsli olmaqla) qapalı kəllə-beyin travması ilə xəstəxanalara hospitalizasiya olunub. Xəsarət alan 35 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 30 yaşlı kişi Respublika Neyrocərrahiyyə Xəstəxanasına, 25 yaşlı kişi isə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hər birinə zəruri tibbi xidmətlər göstərilib.