Qaynar xətt:

(+99450) 247 90 86

DİN-dən əhaliyə XƏBƏRDARLIQ - Diqqətli olun!

DİN-dən əhaliyə XƏBƏRDARLIQ - Diqqətli olun!

REDAKTORUN SEÇİMİ

2662

05.03.2024, 10:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Daxili İşlər Nazirliyi (DİN) mobil tətbiqlərlə bağlı əhaliyə müraciət edib.
DİN-dən Oxu24.com -a daxil olan müraciətdə qeyd olunur ki, cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır: "Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?
• Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin; • Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin; • Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin; • Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın". Nigar