Qaynar xətt:

(+99450) 247 90 86

Aysun Mirişli azadlığa çıxdı

Aysun Mirişli azadlığa çıxdı

REDAKTORUN SEÇİMİ

428

27.02.2024, 13:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Narkotik dövriyyəsində ittiham edilən tiktoker Aysun Mirişlinin məhkəməsi yekunlaşıb.
 
 
 
Oxu24.com  qafqazinfo-ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən sonuncu  iclasda qərar  verilib.
 
Hakim Sülhanə Hacıyeva xanım müttəhimin cəzasını həbsdə çəkməsinə zərurət görməyib.
 
Hökmə əsasən, A.Mirişliyə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.
 
Qeyd edək ki, Aysun Mirişli tiktokda “axundova__302_” adı ilə tanınır.