Qaynar xətt:

(+99450) 247 90 86

Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı

REDAKTORUN SEÇİMİ

285

27.02.2024, 12:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Fevralın 28-də Azərbaycanda hava şəraitinin yağmursuz keçəcəyi, külək əsəcəyi gözlənilir.
Bu barədə Oxu24.com-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 6-11° şaxta, yüksək dağlıq ərazilərdə 13-17° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.