Sara Invest Holding
Xəzinədar
Son tarix 05 yan 2024 [email protected]
Əsas vəzifələri:
Təhvil-təslim aktlarının və ödəmə hesabatlarının hazırlanması və müştərilərə təqdim edilməsi;
Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasının və imzalanmasının təşkil edilməsi;
Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
Daxili hesabatların, bank sənədlərinin proqram bazasına işlənməsi;
Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi, mühafizəsi üzrə əməliyyatları yerinə yetirir;
Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparır, pulun və qiymətli kağızların faktiki məbləğini kitabdakı qalıqla yoxlayır, kassa hesabatını tərtib edir;
Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Tələb və bacarıqlar:
Orta ixtisas/Ali təhsil;
Ən azı 1 il iş təcrübəsi (Müvafiq sahədə);
Azərbaycan dilini bilmək (Rus dili arzuolunandır);
İş şəraiti:
6 günlük iş qrafiki
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Əmək haqqı 800-1000 AZN
Uyğun namizədlər CV-lərini email ünvanına göndərə bilər.
Baş mühasib
Son tarix 05 yan 2024 [email protected]
"Baku Medical Plaza"-ya “Baş mühasib” axtarışındayıq!
Vəzifə öhdəlikləri:
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
Daxil olan və çıxan pul vəsaitinin uçotunu aparmaq, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini göstərmək, xərclər smetasını hazırlamaq, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtib etmək;
Əmək haqqının ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları tərtib və nəzarət etmək;
İkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, müvafiq hesabatların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
Banklara kreditlər üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etmək;
Müştərilərdən köçürmə yolu ilə Cəmiyyətin hesabına daxil olan pul vəsaitlərin sistemə daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
Ödənişlər zamanı köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün məlumatların proqrama daxil edilməsini və sənədlərin arxivləşdirməsini təmin etmək;
Şöbənin işinin təşkil üçün onun əsasnaməsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Tələb və bacarıqlar:
Ali iqtisadi təhsil;
Eyni vəzifədə ən azı 3 il iş təcrübəsi, səhiyyə sahəsi olsa üstünlük verilir;
PMS mövcud olması;
Müvafiq sahədə hökümətin qərar və qətnamələrini bilməli;
Azərbaycan dilini mükəmməl bilməli;
İdarəetmə bacarığı, liderlik xüsusiyyətləri, komandada işləmək bacarığı, stressə davamlılıq.
İş şəraiti:
6 günlük iş qrafiki
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Əmək haqqı razılaşma əsasında
Uyğun namizədlər CV-lərinizi email ünvanına göndərə bilərsiz.
Oxu24.com
ŞƏRHLƏR