Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9391
az

Bu kişini tapmağa kömək edin

23:0328 Yanvar, 2019
1183
CƏMİYYƏT
  • A
Salyan şəhər sakini, 50 yaşlı 2-ci qrup ruhi xəstə Xudaverdiyev Əbülfəz Qabil oğlu iyun ayının 4-də yaşadığı evdən çıxaraq, birgə yaşadığı bacısına Bakıya gedəcəyini deyib.

Oxu24.com  bildirir ki, Əbülfəzin bacısı Ədibənin virtualaz.org-a verdiyi məlumata görə, qardaşı Bakı şəhərində səyyari olaraq qəzet-jurnal satışı ilə məşğul olurmuş. Ona görə də, ayın çox hissəsini Bakıda qalırmış.

İyun ayının 5-də saat 15 radələrində bacısı Əbülfəzlə danışıb, o da Bakıda olduğunu deyib. Amma 1 saat sonra etdiyi zəngə, telefonu çağırsa da, cavab verməyib. Sonrakı zənglərdə isə telefonu söndürülübmüş.

55 yaşlı Ədibə deyir ki, onun bir qardaşı Rəhman Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Özü də ailə qurmayıb. Valideynlərini isə çoxdan itirib. Yəni həyatda qardaşı Əbülfəzdən başqa bir kimi yoxdur. Ona görə də, tezliklə qardaşından bir soraq almaq istəyir.

İtkin düşmüş Əbülfəz Xudaverdiyevin üzərində şəxsiyyət vəsiqəsi olub. Vəsiqənin üstündə bacısının telefon nömrəsi yazılıb.

Əgər qardaşı barədə məlumatı olan varsa, xahiş edir ki, ya polisə, ya da onun 051-768-66-89 nömrəli telefonuna zəng vurub xəbər etsinlər.

Qeyd edək ki, Ədibə qardaşı Xudaverdiyev Əbülfəz Qabil oğlunun itkin düşməsi ilə bağlı artıq polisə də müraciət edib və axtarış elan olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngdən qoruyan ən güclü ədviyyat
Baş ağrısının yeni genetik səbəbi TAPILDI
Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş