Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92556
az

Sülhməramlılar Xocalıda nə etməyə çalışır? - VİDEO

15:2715 İyul, 2023
147
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, ötən gün Xankəndidəki erməni separatçı tör-töküntüləri Azərbaycana qarşı qanunsuz aksiyaya başlayıblar. Separatçılar Xankəndinin mərkəzindən Xocalı aeroportuna - rus sülhməramlı komandanlığının müvəqqəti qərargahı önünə də yürüş ediblər.

Xocalı aeroportu önündən aksiyadan yayılan kadrlarda bir məqam xüsusilə diqqət çəkib. Belə ki, videokadrdan aydın görünür ki, ərazidə Rusiya bayrağı ilə yanaşı Ermənistanın bayrağı və eləcə də Qarabağdakı separatçıların əski parçası da asılıb.

Azərbaycanın ərazi bütövlüyünü bütün dünya, o cümlədən Rusiya dövləti tanıyır. Bu gün rus sülhməramlıları da məhz Azərbaycan ərazisində müvəqqəti fəaliyyətlə məşğuldurlar. Azərbaycanın ərazi bütövlüyünü nəinki Qarabağ, hətta anklavlarla birgə tanıdığını Ermənistan Baş naziri Nikol Paşinyan da bəyan etdiyi təqdirdə, Rusiya sülhməramlı kontingenti hansı haqq-hüquqla öz bayrağı ilə birgə Ermənistanın bayrağı azmış kimi qondarma rejimin də əski parçasını dirəkdən asıb?!

 

Məgər sülhməramlı kontingent Moskvaya tabe deyil? Əgər elədirsə, bəs onlar kim bu hüququ, icazəni verib ki, Azərbaycan ərazisində Ermənistanın və qondarma rejimin əski parçasını qaldırsın?!

Bu ritorik sualların cavabı çoxdan məlumdur. Nəzərə alsaq ki, bu gün Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistan baş naziri arasında sayca 6-cı Brüssel formatında görüş keçirilir, o zaman Rusiya tərəfindən bu cür təxribatyönlü addımların hansı səbəbdən atıldığı gün kimi aydındır. Görünən odur ki, Rusiya tərəfi Qarabağdakı müvəqqəti hərbi birləşməsi ilə əlindən gəldiyi qədər çalışır ki, separatizmin bölgədə kökü tamamilə kəsilməsin. Məhz bunun üçün sülhməramlılara qondarma rejim qalıqları arasında revanşizmə zəmin yaradan addımlar atmaq barədə tapşırıqlar verildiyi də istisna edilmir.

Lakin yaxşı olar ki, həm Ermənistan hakimiyyəti, eləcə də Rusiya tərəfi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülhməramlılarla bağlı son mesajını bir daha xatırlasınlar: Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağdan çıxacaq.

Elə buna görə də hamısından yaxşı Qarabağı üzü sulu tərk etmək ən doğru seçim olar. Bunun üçün də Rusiya sülhməramlıları separatçılığı dəstəkləyən bu cür təxribatlara qəti şəkildə şərik olmamalı, missiyalarına uyğun olaraq fəaliyyətlərini göstərilən vaxta qədər davam etsələr daha yaxşı olar. Çünkü Azərbaycan heç nəyi unutmur: Nə ona qarşı edilən pisliklərii, nə də yaxşılığı

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qanın qatılaşmasının qarşısını almaq üçün istidə nə içmək olmaz?
Gənənin dişlədiyi şəxslə təmasda olanlar 14 gün ərzində... – Həkim təhlükədən danışdı
Ocaq qalamaq istədi, özü yanıq xəsarətləri aldı

Yunan adası 50 il sonra su altında qalacaq

18+

İlon Mask cinsi təcavüzdə ittiham olunur
Leyla Rəhimova ilə Manaf Ağayev arasında QALMAQALA səbəb nədir?
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu vərdişlər hər 4 nəfərdən 1-ni öldürür - Təcili tədbir görülməlidir!
Əhməd bu tarixdə hakim qarşısına çıxarılacaq