Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112130
az

Əhməd bu tarixdə hakim qarşısına çıxarılacaq

15:3414 İyun, 2024
75
  • A

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Oxu24.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilərək ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası”na yerləşdirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi
Tovuzda ev qarət məqsədi ilə yandırılıb - FOTO
Evdən 50 yaşlı kişinin meyiti tapılıb

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi