Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111574
az

Bakıda hündürmərtəbəli bina yanır - VİDEO

19:0210 İyun, 2024
2543
REDAKTORUN SEÇİMİ
  • A

Bakıda binada yanğın olub, 27 sakin təxliyə edilib.

Bu barədə Oxu24.com-a  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, A.Cəlilov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının çoxmənzilli yaşayış binasının şaxtasındakı elektrik naqillərində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində elektrik naqillərində baş vermiş yanğın qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən 6-sı azyaşlı olmaqla 27 bina sakini təxliyə edilib.

Xəsarət alan yoxdur.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tükürpədici hadisə: Meyitləri tapılan sevgililərin şok məktubu üzə çıxdı (VİDEO)
DİN açıqlama yaydı:Yeni monitorlar cərimə yazmır
Sabah bu rayonlarda leysan yağacaq, dolu düşəcək -XƏBƏRDARLIQ!

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi