Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90353
az

Bakıda havanı çirkləndirən zavodun rəhbəri cərimələnib

14:4206 İyun, 2023
71
CƏMİYYƏT
  • A

Bakıda havanı çirkləndirən zavodun rəhbəri cərimələnib.

Bu barədə Oxu24.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə "Havanı kim çirkləndirir?" aksiyasına start verilib. Layihə çərçivəsində vətəndaşdan daxil olan şikayət əsasında Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atılığı müəyyən olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı “15 nömrəli Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı məlum olub.

Faktla bağlı zavodun rəisi Musa Cəbiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimə edilib. Zavoddakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək üçün M.Cəbiyevə məcburi göstəriş verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş ağrısının yeni genetik səbəbi TAPILDI
Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Bu şəxslər dövlətdən 800 manatdan çox pul ala bilər - AÇIQLAMA

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş