Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85267
az

İspaniyanın Konstitusiya Məhkəməsi evtanaziya ilə bağlı şikayəti rədd edib

20:0822 Mart, 2023
99
DÜNYA
  • A

İspaniyanın Konstitusiya Məhkəməsi ifrat sağçı “Voks” partiyasının ölkədə evtanaziyanı tənzimləyən qanuna qarşı şikayətini rədd edib.

Oxu24.com xəbər verir ki, bu barədə hüquq orqanının yaydığı məlumatda deyilir.

Sənədə əsasən, Konstitusiya Məhkəməsi səs çoxluğu ilə evtanaziyanı tənzimləyən konstitusiya qanununu tanıyıb. Qeyd olunub ki, məhkəmə Deputatlar Konqresində (parlamentin aşağı palatası - Red) “Voks” parlament qrupunun təqdim etdiyi müraciəti konstitusiyaya zidd olduğunu əsas gətirərək rədd edib.

İspaniya parlamenti bu təşəbbüsü 2021-ci ildə təsdiqləyib. Qanun ölümcül xəstə olan, heç bir müalicəsi və ya yaxşılaşması olmayan “dözülməz fiziki və ya ruhi əzablara” səbəb olan ciddi, xroniki və əlillik yaradan xəstəlikdən əziyyət çəkən insanların evtanaziya hüququnu tənzimləmək üçün nəzərdə tutulub.

Qanuna görə, İspaniyanın yetkin vətəndaşı və ya ölkədə yaşamaq icazəsi olan şəxs evtanaziya tələb edə bilər. Bu qərarı yalnız xəstənin özü verməlidir və o, müraciətə baxılması prosesində öz istəyini bir neçə dəfə təsdiqləməlidir. Bundan əlavə, şəxs istənilən vaxt ərizəsini geri götürə və ya gecikmə tələb edə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quterreş Putinə məktub yolladı
Trampın təyyarəsi qəza törətdi
Türkiyədə zəlzələ oldu

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Keçmiş məhkum quldurluq etdi