Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79079
az

Rusiya müharibədə MƏĞLUB OLACAQ - Həlledici detal AÇIQLANDI: İran və ...

17:4519 Dekabr, 2022
311
SİYASƏT
  • A

"Rusiya və Belarus qoşunları yenidən Ukrayna ilə sərhəd boyu texnika yığmağa başlayıb. Ukrayna və ona dəstək olan dünya dövlətləri də növbəti hücuma hazırlaşır".

Bunu OXU24.COM -a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, İran və onun kimi Rusiyanı dəstəkləyən digər dövlətlər bilməlidirlər ki, Ukraynanı məğlub etmək mümkün olmayacaq:

"Rusiyanın üstünlük əldə etmək şansı yoxdur, çünki keçən əsrdə qalmış müharibələr əsasında döyüşən rus generalları o orduya rəhbərlik edir. Amma Ukrayna ordusunda vəziyyət fərqlidir, burada isə artıq süni intellektdən istifadə edilirr. Amma ən əsas odur ki, Ukraynada əsgərlər Vətən uğrunda bir xalq savaş aparır. Rusiyada isə silah hesabına bu gün ayaqdadırlar, onların apardığı bu ədalətsiz, işğalçı müharibənin iştirakçısı Ruisya xalqı deyil.
Ətraflı
Ad - 00:06

İran da bir yandan dayanmadan Rusiyanı silahlandırır. Kiyevə İran dronları ilə hücum hadisəsi artıq adi hal almağa başlayıb. Qərbdən olan müttəfiqlərimiz bu hücumların qarşısını almaq üçün dronlara qarşı mübarizə aparmaq məqsədilə artıq Ukraynaya lazerlə idarə olunan raketlər veriblər. İran tezliklə pilotsuz təyyarələrin tədarükünə görə sanksiyaları hiss edəcək.

İranın işğalı dəstəkləməsi özünün də bir işğalçı olması deməkdir. Tehran unutmamalıdır ki, təcavüzkarla müttəfiqlik. İran höküməti nə qədər gec deyil, beynəlxalq hüquqa əməl etməlidir.

İran və onun kimi Rusiyanı dəstəkləyən digər dövlətlər bilməlidirlər ki, Ukrayna xalqı əsrlər boyu Rusiyanın təcavüzünə artıq alışıb. Bu səbəbdən də Ukraynanı məğlub etmək asan olmayacaq. Bu müharibədən Ukrayna və onun müttəfiqləri qələbə ilə ayrılacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi
Zelenski Böyük Britaniyaya gedir
Lukaşenko Ukrayna ilə bağlı planlarını ELAN ETDİ

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib