Gəncə şəhərində bank əməkdaşı futbol oynayan zaman vəfat edib.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1983-cü il təvəllüdlü Elçin Əhmədov meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib.
Daha sonra ona ilkin tibbi yardım göstərilib. Lakin buna baxmayaraq, E.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, E.Əhmədov “Access Bank” ASC-nin Gəncə filialının əməkdaşı olub.
Oxu24.com
ŞƏRHLƏR