Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78616
az

Bizim milli sərvətlərimiz talanır, istismar edilir - QHT rəhbəri - VİDEO

14:4312 Dekabr, 2022
96
CƏMİYYƏT
  • A

Bizim milli sərvətlərimiz talanır, istismar edilir.

Bunu bu gün Trend-ə açılamasında Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında keçirdiyi etiraz aksiyasının iştirakçısı, Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin rəhbəri Qəmzə Yusubova deyib.

"Biz bu gün burada aksiya keçiririk və Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan baş verənlərlə bağlı açıqlamalar istəyirik. Səhər saatlarından etibarən aksiya davam edir, lakin A.Volkov hələ də gəlməyib. Biz də bəyan edirik ki, A.Volkov gəlib bizim suallarımıza cavab verənə qədər heç bir yerə getməyəcəyik - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə yerləşən yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, bu gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb. Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Bu çərəz gözlərə çox faydalıdır
Sülh sazişinin razılaşdırılmayan 3 bəndində nələr var? - DETALLAR
Sabah iki rayonun bəzi əraziləri QAZSIZ QALACAQ

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Gədəbəydə hamilə qadın naməlum şəraitdə öldü