Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117321
az

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

09:4904 Sentyabr, 2024
211
MANŞET
  • A

Elm aləmi bir tərəfdən nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvanları xilas etməyə, digər tərəfdən Yer üzündə mövcudluğunu çoxdan dayandırmış canlıları geri qaytarmağa çalışır. Şirkətlər bununla ekoloji faydanın təmin oluncağını iddia etsələr də, bəzi ekspertlər narahatdırlar.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, "Reintroduksiya" adlanan bu tədqiqatlar nəsli kəsilmiş növlərə bənzər canlıların yenidən yaradılmasını nəzərdə tutur.

2021-ci ildə Harvard Universitetinin genetiki Corc Çurç və sahibkar Ben Lamm tərəfindən qurulan "Colossal Biosciences" şirkəti "Reintroduksiya" tədqiqatları müxtəlif növlərin geri qaytarılmasını hədəfləyir.

Yunlu mamont. Ən azı 300 min il əvvəl ortaya çıxan yunlu mamontlar təxminən 11.500 il əvvəl Buz dövrünün sonunda yox olmağa başladılar. Onların DNT-si donmuş torpaqda saxlandığı üçün bu canlıları geri qaytarmaq daha asan hesab olunur. Mamontların ən yaxın qohumu olan Asiya filindən istifadə edən "Colossal Biosciences" bu il əhəmiyyətli bir addım atdığını açıqladı. Şirkət yun dərisi, qatlı yağ təbəqəsi və kiçik qulaqlarıyla ilk "mamont" balalarının 2028-ci ildə istehsal oluna biləcəyini iddia edir.

Dodo. Şərqi Afrikanın Mavritaniya bölgəsində endemik şəkildə mövcud olmuş dodonun (Raphus cucullatus) nəsli 17-ci əsrdə Avropa kolonistlərinin gəlişindən sonra kəsildi. DNT nümunələri muzeylərdə tapılan dodonun genomu 2022-ci ildə yığılıb.

 

Lakin Ben Lamm deyir ki, onlar hələ də bəzi maneələri dəf etməlidirlər. Məsələn, heyvanların genetikası dəyişdirilməlidir ki, bir-birinin surəti olmasın.

Tasmaniya pələngi. İnsan müdaxiləsi nəticəsində nəsli kəsilmiş digər növ Tasmaniya pələngidir. Avstraliyada yaşayan bu ətyeyən heyvanlar təxminən 2 min il əvvəl materikdə yox olsalar da, Tasmaniya adasında yaşamağa davam etdilər.

19-cu əsrdə adaya gələn avropalı köçkünlər mal-qara üçün təhlükə sayılan Tasmaniya pələngləri sürətlə məhv edilirdi. Yoxa çıxan növün sonuncu nümayəndəsi 1936-cı ildə zooparkda öldü. Tasmanian pələnginin çoxlu sayda nümunəsi olduğu üçün onu geri qaytarmaq nisbətən asan görünür. "Colossal Biosciences" şirkətinin tədqiqatçıları 2017-ci ildə Tasmaniya pələnginin bütün genomunu ardıcıllıqla tərtib etməyi bacardılar və keçən il RNT nümunəsi götürdülər.

Lakin şirkətdən deyirlər ki, bu işlərin bəhrə verməsi üçün hələ vaxt var.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Odessa limanı raketlə vuruldu - 6 ölü, 9 yaralı var
Namiq İsmayılovun oğlu faciəvi şəkildə öldü
120 yaşa qədər yaşamaq indi də mümkündür

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır