Qaynar xətt:

(+99450) 247 90 86

Britaniya Rusiya Aerokosmik Qüvvələrinə qarşı sanksiyalar tətbiq edib

DÜNYA

162

10.09.2024, 20:21

Böyük Britaniya yenilənmiş siyahıda Rusiya Aerokosmik Qüvvələri (VKS) daxil olmaqla Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

 

Oxu24.com xəbər verir   ki, bu barədə məlumat Britaniya Maliyyə Sanksiyaları Təşkilatının dərc etdiyi sənəddə yer alıb.

 

Həmçinin Rusiya Hərbi Nəqliyyat Aviasiyasının komandanlığı, 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzi və Rusiyaya hərbi dəstəkdə iştirak etdiyi iddia edilən beş dəniz gəmisi də sanksiyalara məruz qalıb.

Sentyabrın 10-da Böyük Britaniyanın Moskvadakı səfirliyi Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvi şərtlərini açıqlayıb. Diplomatik departamentin nümayəndəsinin sözlərinə görə, məhdudiyyətlər “effektiv olmadığı müəyyən edilərsə” və ya onların tətbiq olunduğu xarici siyasət məqsədlərinə nail olunarsa, ləğv edilə bilər.

Bundan əvvəl ABŞ Rusiyaya qarşı sanksiyaların uğursuzluğunu etiraf edib.

 

Nigar