Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117768
az

Sülh sazişinin razılaşdırılmayan 3 bəndində nələr var? - DETALLAR

20:4410 Sentyabr, 2024
103
CƏMİYYƏT
  • A

Paşinyan sülh sazişi layihəsinin 13 maddəsi və preambulasının razılaşdırıldığını bildirir. Qeyd edir ki, “iki cümlədən ibarət 3 maddə qismən razılaşdırılıb, həmin maddələrdəki cümlələrdən biri də razılaşdırılıb, digəri yox”.

Razılaşdırılmayan 3 maddənin nədən ibarət olduğu rəsmi şəkildə açıqlanmır. Bununla bağlı müəyən təxminlər irəli sürmək mümkündür:

1. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyası və normativ-hüququ aktlarının dəyişdirilməsidir: mümkündür ki, Ermənistan Azərbaycana qarşı adekvat tələblə çıxış edir, yaxud daxili qanunvericiliyin layihəyə salınmasını istəmir; hələ iyun ayında Ermənistan XİN bəyan edirdi ki, “sülh sazişi layihəsində “tərəflərdən heç biri sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz” müddəası var, buna görə Konstitusiya məsələsi bura aid edilməməlidir”;

Razılaşdırılmayan maddələrdən biri bu ola bilər. İstisna deyil ki, “tərəflərdən heç biri sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz” cümləsi razılaşdırılsa da, “Konstitusiya və normatik-hüququ aktların dəyişdirilməsi” qeydinin bura daxil edilməsi müzakirə edilir.

2. Sərhədin delimitasiyasının hansı prinsiplərlə aparılmasıdır. Delimitasiya prosesi sülh sazişinin imzalanmasından sonraya saxlanılıb, lakin bunun layihədə necə əks olunması ilə bağlı fikir ayrılığını mövcudluğu aydın görünür:

- İrəvan “delimitasiyanın Alma-Ata bəyanaməsinə uyğun aparılması” (SSRİ dağılanda mövcud olan xətlər) prinsipinin layihədə əks olunmasını istəyir və bundan gələcəkdə istinad nöqtəsi kimi istifadə etməyi planlaşdırır;
- Bakı əvvəlcə layihədə delimitasiya ilə bağlı heç bir qeydin yer almasını istəmirdi, lakin 19 aprel razılaşmasından sonra vəziyyət dəyişdi. Razılaşmaya görə, delimitasiyada əsas baza prinsipi kimi Alma-Ata bəyannaməsi götürülüb, lakin qeyd olunur ki, “gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq”. Bu o deməkdir ki, Bakı delimitasiyada baza prinsipinin sülh sazişində əksini tapmasına nail olmalıdır, əks təqdirdə, baza prinsipi Alma-Ata bəyannaməsi olaraq qalacaq. Mümkündür ki, rəsmi Bakı sülh sazişi layihəsində bu prinsipi dəyişmək, SSRİ dövünün xəritələrinin əsas götürülməsi qeydini daxil etmək istəyir.

3. Bu, ən müəmmalı bənddir, çünki tərəflər arasında əsas ziddiyyətli məsələ kommunikasiyanın hansı prinsiplərlə açılması idi. Ki, qarşılıqlı razılaşma ilə bu bənd sülh sazişi layihəsindən çıxarıldı. Bu halda razılaşdırılmayan bəndlə bağlı əsas və əlavə olmaqla iki ehtimal qalır.

- əsas ehtimal: qaçqınların qayıdışı - Qərbi azərbaycanlıların qayıdışı və emənilərin yenidən Qarabağa yerləşməsi; İrəvan bu iki məsələ arasında bərabərlik qoyur, hərçənd, azərbaycanlılardan fərqli olaraq, ermənilər beynəlxalq hüquqa əsasən qaçqın statusuna malik deyil.

əlavə ehtimal: üçüncü bəndlə bağlı daha az ehtimal olunan versiyalardan biri də Minsk qrupunun de-yure buraxılması ilə bağlı ola bilər. Bu, Bakıya lazımdır, çünki bu qrupun de-yure mövcudluğu bölgədə maraqları olan tərəflərin gələcəkdə “dayaq nöqtəsi”nə çevrilə bilər. Məsələnin layihəyə salınması belə bir perspektivin qarşısını alacaq. Ermənistan regionda şərtlərin dəyişməsi və Azərbaycana qarşı təsir rıçağı əldə etmək ümidi ilə bu məsələdə maraqlı deyil. Bu ehtimal zəif görünsə də, istisna edilməməlidir.

Ermənistan tərəfi razılaşdırılmayan bəndləri saxlamaqla sülh sazişi layihəsinin imzalanmasını istəyir və bununla həm konstitusiya məsələsini arxa plana keçirə, həm delimitasiya prosesində istədiyibaza prinsipini qoruya, həm də razılaşdırılmayan üçüncü bəndi təxirə sala bilər. Azərbaycan isə regionda sülhün davamlı və uzunmüddətli olması üçün “menyu” yox, “paket həll” variantından çıxış edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Namiq İsmayılovun oğlu faciəvi şəkildə öldü
120 yaşa qədər yaşamaq indi də mümkündür
“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - FOTOlar

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır