Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78586
az

Şəhid Sadiq Əsgərovun doğum günüdür

10:2212 Dekabr, 2022
105
CƏMİYYƏT
  • A

Bu gün Şəhidin doğum günüdür.

Oxu24.com xatırladır ki,44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Sadiq Əsgərovdur.

Sadiq 1996-cı il,dekabrın 12-də Yevlax rayonu Nemətabad kəndində anadan olub.

Müharibə zamanı mexanik sürücü kimi hərbi xidmətini yerinə yetirib.

Talış-Suqovuşan istiqamətində döyüş yolu keçib. 2020-ci il,sentyabrın 28-i Talış Suqovuşan istiqamətində gedən döyüşlər nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Sadiq Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Bu çərəz gözlərə çox faydalıdır
Sülh sazişinin razılaşdırılmayan 3 bəndində nələr var? - DETALLAR
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI -SİYAHI

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Gədəbəydə hamilə qadın naməlum şəraitdə öldü