Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78535
az

Almaniya Ukraynaya əlavə silahlar verəcək

16:5111 Dekabr, 2022
133
DÜNYA
  • A

Ukrayna və Almaniya Kiyevə əlavə silahların tədarükü ilə bağlı razılığa gəliblər.

Oxu24.com xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Aleksiy Makeyev “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.

Makeyevin sözlərinə görə, Ukraynaya hava hücumundan müdafiə sistemləri və haubitsalar lazımdır.

Səfir, həmçinin bildirib ki, Kiyev Berlinin dəfələrlə göndərməkdən imtina etdiyi “Leopard 2” tanklarının tədarükü ilə bağlı danışıqları davam etdirir.

Xatırladaq ki, oktyabrda Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi bildirib ki, hökumət ilin əvvəlində Ukraynaya 775 milyon avro dəyərində hərbi məhsulların tədarükü üçün icazə verib. Kiyevə verilən silahlar arasında özüyeriyən haubitsalar, "Mars" reaktiv raket sistemləri, özüyeriyən "Gepard" qurğuları, IRIS-T hava hücumundan müdafiə sistemi və "Dinqo" zirehli texnikası var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Kurskda genişmiqyaslı əks-hücuma keçdi
Polşanın baş naziri Almaniyanın sərhəd nəzarətini geri qaytarmasından qəzəblənib
Britaniya Rusiya Aerokosmik Qüvvələrinə qarşı sanksiyalar tətbiq edib

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Gədəbəydə hamilə qadın naməlum şəraitdə öldü