Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78332
az

SON DƏQİQƏ! Sanksiyalar nəticə verdi: Rusiyanın neft bazarı çökdü

14:1509 Dekabr, 2022
261
DÜNYA
  • A

Neft ixracının 60%-ni təşkil edən Rusiyanın  Urals neftinin qiyməti bir barel üçün 43,72 dollara düşüb.

“Argus” qiymət agentliyinin məlumatına görə, çərşənbə günü, dekabrın 7-də Primorsk limanından daşınan rus neftinin  qiyməti bir barel üçün 43,72 dollar olub.

Oxu24.com bu  barədə  “The Moscow Times”  nəşrinə istinadən  yazır.


Nəşr qeyd edir ki, noyabrın əvvəlindən Urals-ın qiyməti demək olar ki, iki dəfə azalıb 

Bloomberg-dən sitat gətirən Argus analitiki Maykl Karolan, "Uralda heç bir müştəri yoxdur, ona görə də böyük həcmdə alıcıları cəlb etmək üçün qiymətləri aşağı salmaq lazımdır" deyib.

Reuters mənbələri deyirlər ki, Sakit okean nefti də daha pis satılır: cümə axşamına olan məlumata görə, dekabrda göndərilən iki partiya satılmamış  neft qalıb. Onlara isə endirimləri 7-8 dollara qədər artırmaq lazım idi.

Qəzet yazır ki, qiymət tavanından asılı olmayaraq, Çinin qeyri-dövlət neftayırma zavodları Rusiya neftini alır, lakin həmin bazarı əldə saxlamaq üçün   Rusiya neft şirkətləri İrandan 10 dollar endirimlə gətirilən qaçaqmal barellərlə rəqabət aparmalı olurlar.

Carolan deyir ki, Urals bazarındakı depressiyanın səbəbi avropalı alıcıların itirilməsidir. Bloomberg tankerlərin daşınması statistikasına əsaslanaraq hesablayıb ki, dekabrın 2-də bitən həftədə Avropa ölkələrinə dəniz neft ixracı sutkada 310 min barrelə düşüb.

Əvvəlki həftə ilə müqayisədə tədarüklər üçdə bir, noyabrın əvvəli ilə müqayisədə - demək olar ki, 60%, müharibədən əvvəlki həcmlərlə müqayisədə isə 5 dəfədən çox azalıb. Polşa, Almaniya, İsveç, Böyük Britaniya, Fransa, Finlandiya, Rumıniya və Litva Rusiya neftinin dəniz nəqlindən tamamilə imtina ediblər.

Səlahiyyətlilər ölkənin ən böyük zavodlarından biri olan və emal gücünün 20%-ni təşkil edən Lukoil-in neft emalı zavodunda xarici idarəetmə tətbiq etdikdən sonra İtaliya noyabrın əvvəli ilə müqayisədə alışları üç dəfə azaldıb.

Tərcümə: Nigar Oktayqızı

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Kurskda genişmiqyaslı əks-hücuma keçdi
Polşanın baş naziri Almaniyanın sərhəd nəzarətini geri qaytarmasından qəzəblənib
Britaniya Rusiya Aerokosmik Qüvvələrinə qarşı sanksiyalar tətbiq edib

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Gədəbəydə hamilə qadın naməlum şəraitdə öldü