Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78313
az

Azərbaycandan tranzitlə Türkiyəyə narkotikin keçirilməsinin qarşısı alınıb

11:1609 Dekabr, 2022
129
KRİMİNAL
  • A
İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə aparılan xurma yükündə metamfetamin aşkar edilib. Bu barədə Oxu24.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda xurma yükü aparan “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi xidməti itin tətbiqi ilə yoxlamaya cəlb olunub. Yoxlama zamanı yük avtomobilinin kabinində gümüşü rəngli falqaya bükülmüş sellofan paketin içərisində, təmiz çəkisi 14,757 qram olan psixotrop maddə-metamfetamin aşkarlanıb. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə hamilə qadın naməlum şəraitdə öldü
Cinayətdə şübhəli bilinən 27 nəfər saxlanıldı
Ağcabədidə narkotiklərin satışı ilə məşğul olanlar saxlanıldı

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Gədəbəydə hamilə qadın naməlum şəraitdə öldü