Qaynar xətt:

(+99450) 247 90 86

Ağcaqanadın dişlədiyi qadının yanağından çıxan həkimləri şoka saldı -FOTO

2022/12/03/1670011910_rusya-da-sivrisinegin-isirdigi-kadinin-yanagindan-15469443_763_amp.jpg

REDAKTORUN SEÇİMİ

180

03.12.2022, 10:55

Rusiyada qadının yanağını ağcaqanad işləməsi nəticəsində yaranan mənzərə  həkimləri heyrətə salıb.

Oxu24.com Rusiya mətbuatına istinadən xəbər verir  ki,Rusiyada insanı heyrətləndirən bir hadisə baş verib. Yanaq nahiyəsində şişlik və qaşınmadan şikayət edən 50 yaşlı qadın Moskva yaxınlığındakı Lyubertsı şəhərindəki xəstəxanaya müraciət edib.

Xəstəni müayinə edən həkimlər əvvəlcə xoşxassəli şişdən şübhələniblər.

Şişin çıxarılmasına qərar verilərkən əməliyyat olunan həkimlər şoka düşüblər.

Üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Sergey Qrevtsev “Lokal anesteziya altında kəsik etdikdən sonra çatın qalınlığında qurd başı tapdıq” deyib.

Qadının yanağında qaşınmaya səbəb olan qurdun aktivliyinə görə iltihab prosesinin inkişaf etdiyini bildirən Qrevtsev, "Şişmiş yeri kəsdik və 12 sm uzunluğunda qurd çıxardıq" deyib. Qrevtsev bildirib ki, bu, onun on illik cərrahiyyə təcrübəsində ilk dəfə rastlaşdığı haldır.

 

 

Tərcümə: Aynur Məcidova