Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60331
az

Bu gülün dibinə 20 QƏPİK basdırın - Nəticəsinə İNANMAYACAQSIZ

21:1430 Oktyabr, 2021
1439
MARAQLI
  • A

Hamımızın Pul Ağacı kimi tanıdığı – Crassula bitkisi. Fen-şuy nəzəriyyəsinə görə evinizdə crassula bitkisi bəsləyirsinizsə, bu bitki sizə xoşbəxtlik, bərəkət və bolluq gətirir. Əgər bitkinin torpağına bir də xırda pul qoysanız bitki sahibinə pul və bərəkət olaraq geri qayıdacaqdır. Bitki böyüyüb pöhrələndikcə siz də varlanacaqsınız. Bu doğrudanda elədirmi? Bu gün bir bax kanalında, Xəyalənin saatında çox maraqlı bir videomuz var. diqqətiniz məndə olsun. 
Vətəni Afrika Crasula bitsinin yarpaqları qızıl pula bənzədildiyi üçün ona pul ağacı deyirlər. Onun yarpaqlarının ətli olmaları var dövlətin simvolu hesab edilir. Başqa sözlə, bu ağacın vəziyyəti ailənin maddi vəziyyəti ilə birbaşa bağlıdır.

Həansı evdə bu bitki varsa, o evə pul və xoşbəxtlik gətirdiyinə inanlar bu gün də var. Bu səbəblə onu xoşbəxtlik ağacı da adlandırırlar.   
Fen-şuy nəzəriyyəsinə görə Krasullanın yarpaqları pul, gövdəsi isə ailə büdcəsinin sinvoludur. Gövdə nə qədər qalın və yarpaqlar nə qədər çoxdursa, maddi cəhətdən heç vaxt sıxıntınız olmayacaq. Hətta arzuladığı pula çatmaq üçün onun gövdəsinə qırmızı lent bağlayanlar da var. 
Nə qədər qəribə olsa da, bu ağacı almaq olmaz, ancaq özünüz yetişdirə bilərsiniz. Bunu etmək üçün, pul ağacından qonşu və ya dostlarınızda varsa, cücərtisini ala, yaxud sadəcə bir yarpağını qopardaraq, suda saxlamaqla onu böyüdə bilərsiniz. 
Nəysə, bu işin batil tərəfi. Buna inanlar da var, inanmayanlar da. Biz isə keçək işin real tərəfi, bu bitkinin bizə verdiyi həqiqi faydalara. 

Şans və bərəkət gətirməsindən başqa, crassula insan bədəninə və ruhuna müsbət enerji və tarazlıq təmin edən yağlar istehsal edir. pul ağacının yarpaqlarında çox miqdarda efir yağları var. Hətta kiçik bir pul ağacı bitkisi otağın havasını təmizləyə və ev sakinlərinin əsəblərini sakitləşdirə bilir. Bu bitkinin şirəsi güclü virusəleyhinə, iltihabəleyhinə xüsusiyyətlərə malikdir.
Xalq təbabətində bu bitkidən bır sıra xəstəliklər zamanı istifadə edilir: 
•Oynaq xəstəlikləri (artrit, artroz, podaqra);
•Mədə xorası və 12 barmaq bağırsağın xəstəlikləri;
•Varikoz;
•Revmatizm, 3-lü sinirin soyuqdəyməsi;
•Babasil;
•Pielonefrit, sistit;
•Herpes, angina;
•Döyənək, yanıq, kəsik, həşərat dişləməsi, əzələ dartılması və s. 
Bu bitkidən əsasən xaricə tətbiq üçün bir sıra məlhəmlər, mazlar hazırlanır. Şirəsindən kompreslər edilir. 
Orqanizmə xeyirindən əlavə bu bitkinin bir sıra yan təsirləri də mövcuddur. Daxilə qəbul zamanı əks göstərişlər verə bilər. Ürəkbulanma, qusma və qarın ağrısı, huşun itməsi ilə müşayiət olunan zəhərlənmə yaşana bilər. Bütün hallarda bu tip bitkiləri istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyinizdə fayda var.
Bəs bu brəkət Bitkisi Necə Yetişdirilir?
Pul ağacı çox su istəyən bir bitki deyil. Çox su verdiyiniz təqdirdə kökü sürətlə çürüməyə başlaya bilər. Suvarma zamanını anlamaq üçün torpağına toxunun və quruduğunu gördükdə, zamanı gəlmiş deməkdir. Qışda isə yalnız ərazinin rütubətli olmasına çalışın onun xaricində heç nə etməyin.

Krasulla günəş şüalarını çox sevir, lakin həddi aşaraq, qızmar günəş altına qoymaq lazım deyil. Bitki kifayət qədər günəş işığı aldıqda onun yarpaqlarının kənarları qırmızı olacaq. Həddən çox işıqlandırma olduqda isə yarpaqlar tündləşir.
Torpağı hər altı aydan bir dəyişmək tövsiyə olunur, bu zaman ağac kömürü və ya kül əlavə etməniz yaxşı olardı. Drenaj təbəqəsi 4 sm-dən çox ola bilməz. Torpaq qatışığının üçdə bir hissəsini kiçik çınqıl dənələri təşkil etməlidir. Krasullanı yayda eyvana çıxarın. Yarpaqları nəm əsgi ilə silməyiniz məsləhət olunur.

Crassula yarpaqları və gövdəsi bitki çoxaltmaq məqsədilə istifadə edilir. Dibçəkdə asanlıqla becərilən crassula bitkisi evinizə çox fərqli bir hava və enerji verir. Bundan başqa, bağınızda də yetişdirilə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Misirdə qədim abidə tapılıb
Dünyanın ən yaşlı çöl quşu yumurtladı
Arvadını 12 milyona sığortaladıb, daha sonra    onu dənizə atdı

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu