Qaynar xətt:

(+99450) 247 90 86

Dünyanın ən yaşlı çöl quşu yumurtladı

DÜNYA

352

06.12.2024, 10:00

ABŞ bioloqları dünyanın ən qədim vəhşi quşu olan “Wisdom”un təxminən 74 yaşında yumurta qoyduğunu açıqlayıblar.

OXU24.COM  xəbər verir ki, ABŞ-ın Balıqların və Vəhşi Təbiətin Mühafizəsi Xidməti tərəfindən Sakit Okeandakı Midvay Atollda yeni yumurta müşahidə edilib.

Laysan albatrosları adətən 12-40 il yaşasa da, “Wisdom”un təxminən 74 yaşı var. O, dünyada məlum olan ən qədim albatrosdur.

“Wisdom” bu günə qədər 30-dan çox bala böyüdüb. 2021-ci ildə son balasını yumurtadan çıxaran quşun bu il yeni partnyoru olduğu düşünülür.