Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125383
az

Zelenski: Ukraynalılar Trampa güvənir

17:4012 Dekabr, 2024
32
DÜNYA
  • A

Ukrayna prezidenti Vladimir Zelenski CBN telekanalına müsahibəsində bildirib ki, ukraynalılar seçilmiş Amerika prezidenti Donald Tramp və onun komandasına güvənir.

Oxu24.com xəbər verir  ki, “Bu gün insanlar ABŞ-ın yeni administrasiyasına, yeni prezidentə belə ümid bəsləyirlər və insanlar onun dediklərinə inanırlar”, - deyə Ukrayna lideri bildirib.

O, həmçinin Trampın Ukrayna münaqişəsinə 24 saat ərzində son qoymaq istəyi ilə bağlı sözlərinə münasibət bildirib. Zelenskinin sözlərinə görə, bu o deməkdir ki, ABŞ-ın yeni prezidenti mövcud vəziyyəti tez bir zamanda həll etmək istəyir.

Dekabrın 7-də axşam saatlarında Tramp, Zelenski və Fransa prezidenti Emmanuel Makron arasında üçtərəfli görüş baş tutub. Bu, dünyanın hər yerindən liderlərin qatıldığı Notr-Dam Katedralinin bərpadan sonra açılış mərasimindən əvvəl baş tutub. Fransa, ABŞ və Ukrayna prezidentləri təxminən yarım saat danışıblar, daha sonra ayrı-ayrılıqda Notr-Dam kilsəsinə yollanıblar.

Zelenski ilə görüşdən sonra Tramp deyib ki, Ukrayna lideri sülh istəyir və əlavə edib ki, o, artıq “gülünc müharibəyə son qoymaq üçün konsepsiya üzərində işləyir”. Lakin Zelenski özü Trampın dərhal atəşkəs çağırışını rədd edib. 

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu, Avropanın sonunu gətirəcək - Mask
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
İsraildən şok qərar

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
88 yaşlı kişini maşın vurub öldürdü