Yağıntılı hava nə vaxtadək davam edəcək? – RƏSMİ AÇIQLAMA
31 Avqust 2026, 20:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6974
24.11.2024, 12:45
Yasamal rayonunda gecə saatlarında vətəndaşın evinin tikinti şirkəti tərəfindən dağıdıldığı iddia edilir.
Oxu24.com xəbər verir ki, hadisə Yasamal rayonu, “Sovetski” kimi tanınan ərazidə Mustafa Sübhi küçəsi 213 ünvanında baş verib.
“SR Construction” tərəfindən evinin dağıdıldığını iddia edən sakin Müslüm Xasməmmədov saytımıza açıqlamasında bildirib ki,ona məxsus 108 kvadrat metr mənzili noyabrın 19-dan 20-nə keçən gecə şirkətin əməkdaşları tərəfindən dağıdılıb.
"SR Construction” ölkədə tikinti sektorunda xüsusilə mühüm paya sahibdir.
Şirkətin 2020-ci ildə ləğv edilən Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı Sabir Nağıyevə məxsus olduğu bildirilir. "SR Group”un adının da generalın oğlanları - Sahil və Rahilin adlarının baş hərfləri olduğu güman edilir.

Elə generalın oğlu Sahil Nağıyev də "Linkedin" sosial şəbəkəsində şirkətin həmtəsisçisi olduğunu etiraf edib.
Məsələ ilə bağlı CityPost.az saytı şirkətdən mövqe öyrənib.
"Mənzildə faktiki olaraq yaşayan M.Xasməmmədovun oğlu X.Xasməmmədova da mənzilin söküntüsü həyata keçirilməmişdən öncə müəyyən məbləğdə ödəniş edilmiş, mənzilin giriş qapısının açarları həmin şəxs tərəfindən müəssisənin əməkdaşına təqdim edilmişdir.
Məlumat üçün qeyd edirik ki, mənzilin söküntü işləri sutkanın gündüz vaxtında (günorta saatlarında) həyata keçirilmiş, söküntünün başa çatdırılmasına az qaldığı vaxtda ərazidəki digər bir neçə sakinin söküntü işlərinə müdaxilə etməsi və hüquq mühafizə orqanlarına müraciət etməsi səbəblərinə görə, işin icrası müvəqqəti dayandırılmış, gecə saatlarında isə, dayandırılmış işlərin görülməsi təxminən 10-15 dəqiqə müddətində başa çatdırılmış, işin icra müddətində ictimai sakitliyin pozulması hallarına yol verilməmişdir.",-deyə şirkət bildirib.
20:28 / 31 Avqust 2026
23
19:56 / 31 Avqust 2026
92
19:45 / 31 Avqust 2026
50
19:42 / 31 Avqust 2026
49
19:36 / 31 Avqust 2026
68
19:26 / 31 Avqust 2026
417
19:19 / 31 Avqust 2026
64
19:16 / 31 Avqust 2026
64
19:09 / 31 Avqust 2026
169
19:03 / 31 Avqust 2026
152
19:01 / 31 Avqust 2026
80
18:59 / 31 Avqust 2026
75
18:57 / 31 Avqust 2026
74
18:49 / 31 Avqust 2026
725
18:34 / 31 Avqust 2026
89
18:25 / 31 Avqust 2026
83
18:17 / 31 Avqust 2026
161
18:14 / 31 Avqust 2026
1047
18:06 / 31 Avqust 2026
75
17:58 / 31 Avqust 2026
77
17:52 / 31 Avqust 2026
116
17:45 / 31 Avqust 2026
68
17:41 / 31 Avqust 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.