Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125057
az

"Azəriqaz"ın "sənət əsəri" - Yaşlı qadın 7 ildir bu əziyyəti çəkir

12:5909 Dekabr, 2024
1152
CƏMİYYƏT
  • A

Azəriqaz əməkdaşlarının vətəndaşdan pul tələb etdiyi iddia olunur.

Qaradağ rayonu,Korgöz qəsəbəsində yaşayan sakin Əliyeva Gülxara Azəriqaz əməkdaşlarından şikayətçidir.

Bu barədə Oxu24.com saytına müraciət edən sakin  bildirib ki, qaz xətləri çəkilən zaman qəsəbəyə gedən qaz turbası onun qapısının önündən keçib. Qadının sözlərinə görə,7 ildir ki, qaz xətti onların giriş-çıxışına manə törədir.Sözügedən xəttin yuxarıya qaldırılması üçün onlardan pul tələb edildiyi iddia olunur.

“Mən pensiya ilə dolanan adamam.Qaz turbası qapımın ağzından keçir. Yaşlı adamam, 7 ildir ki, bu turbanın üstündən keçib getməyə məcburam.Bələdiyyəyə və icraya demişik.Bizdən qaz turbasının yuxarıya qaldırılmasına görə 800 manat pul istədilər.Məndə o qədər pul hardandır? Qaz turbasına görə həyətə maşın da girə bilmir”,-deyə  şikayətçi bildirib.

Sözügedən görüntüləri təqdim edirik:

Oxu24.com məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə sorğu ünvanlayıb.

 

Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Baş prokuror Qaradağda vətəndaşları qəbul edəcək
“Bəyaz” şadlıq sarayında saxta      içkilər      aşkarlandı

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi